top of page

ƏFRADI-ƏHLI-MƏCALISL ə n k ə r a n v i l a y ə t i n i n x a n ı .Mirzə Həbib – onun vəziri.Ziba xanım – vəzirin əvvəlimci hərəmi.Şölə xanım – vəzirin istəkli ikimcihərəmi.Nisə xanım – Şölə xanımın bacısı ki,qızdır, vəzirin evində olur.P ə r i x a n ı m – Şölə xanımın anası ki, oda vəzirin evində olur.Teymur ağa – xanın qardaşı oğlu ki,Nisə xanıma aşiqdir.H a c ı S a l a h – tacir.Ağa Bəşir – vəzirin naziri.Heydər – vəzirin fərraşı.Kərim – vəzirin mehtəri.Xacə Məsud Qara – vəzirin xacəsi.Səlim bəy – xanın eşik ağası.Q ə d i r b ə y S ə l i m b ə y – onun naibi.Səməd bəy – xanın fərraşbaşçısı.Əziz ağa – xanın pişxidmətbaşçısı.Vəzirin bir neçə başqa fərraşlarıvə bir neçə bəylər.Xanın bir neçə başqa fərraşları.Bir neçə ərizəçilər xan imarətində.ƏVVƏLIMCI MƏCLISƏvvəlimci məclis əlli il bundan əqdəm.1 dəryayi-Xəzərin kənarında, Lənkəranşəhərində, vəzir Mirzə Həbibin evində vaqe olur. Vəzir oturubdur ikimci arvadınınotağında, qabağında əl-əl üstə, Hacı Salah durubdur.Və z i r . Hacı Salah, eşitdim ki, Rəştə2 gedirsən doğrudurmu?H a c ı S a l a h . Bəli, ağa!Və z i r . Hacı Salah, sənə bir qulluq buyuracağam, gərəkdir bitirəsən.Onun üçün səni çağırtmışam.H a c ı S a l a h . Buyur, ağa, can-baş ilə bitirməyə hazıram!Və z i r . Hacı Salah, gərəkdir Rəştdə bir nimtənə tikdirəsən. Yeriabi zərbəftdən ki, misl və bərabəri bu vaxtadək Lənkəranda görünməmişola; xülasəBir nimtənə kim, ta ola zərbəftü nikutər,Diba ona möhtac.Mətnində tamam rabitə mövzun sərasər,Tək haşiyə qıyqac,Üstündə onun aşiqü məşuq müsəvvər,Dil şövqünə minhac.Ulduza şəbih nəqşi, yeri göy kimi əxzər,Nəzzarəsi bəhhac.Tiri-nəzəri əhli-təmaşaya müqərrər,Hər butəsi amac.Içində onun şölə verə tələti-dilbər,Tabəndeyi-vəhhac.Görən deyə bu mahdır, ol, çərxi-pürəxtər,Ya bəhri-pürəmvac.Kəbə evinin örtüyünə tuta bərabər,Simasını hüccac3.Elə ki, hazır olar, iyirmi dörd dana dəxi qızıl düymə toyuq yumurtasındankiçik, göyərçin yumurtasından böyük, zərgərə kəsdirib, yaxasınadüzdürüb, özünlə bərabər qayıdanda gətirərsən. Bu da sənə əlliqızıl (Pulları kağıza bükülü qabağına qoyur). Əgər çatmasa, artığın daqayıdandan sonra karsazlıq edərik. Tezmi qayıdacaqsan?H a c ı S a l a h . Bir ayadək qayıdaram, başqa bir işim yoxdur. Nəqdpul aparıram, ipək alıb yola düşəcəyəm. Amma, ağa, nimtənənin ölçüsüməlum olsa idi çox yaxşı olardı. Orda tikdirdim, bəlkə dar oldu, genoldu; ya uzun oldu, gödək oldu, qulluğunuzda müqəssir ollam.Və z i r . Eybi yoxdur, bir az gen və uzun tikdir; əgər burada düzgəlməsə, düzəldərik.H a c ı S a l a h . Ağa, olmazmı parçasın və düyməsin gətirdim,burada hər kəs ki geyəcək, onun əyninə görə biçdirib tikdirdəsiniz?Və z i r . Ax, qəribə kişisən! Örgənibsiniz çox danışmağa ki, özmərifətinizi bildirəsiniz. Qərəzin budur ki, mən mətləbi vazeh açıbsənə danışam? A, kişi, heç bilirsənmi ki, onu burda biçdirib tikdirsəm,nə qalmağala düşəcəyəm?H a c ı S a l a h . Xeyr, ağa, mən nə bilirəm?Və z i r . Bəs gərək piş əz vəqt səni mətləbdən xəbərdar edəm vəilla gedib bazarda demiyən adam qoymazsan ki, vəzir mənə belə-beləqulluq buyurubdur. Sonra qulaq dincliyi bizə haram olar. Əzizim, mətləbbudur ki, Novruz bayramına iki ay qalıbdır. Mən istəyirəm ki, bayramdabir qəribə nimtənə Şölə xanıma bağışlayım. Əgər onu burdatikdirsəm, Ziba xanım da bir eləsini istəyəcək. Ona da tikdirsəm, izafəxərcdir, çünki ona yaraşmaz. Tikdirməsəm, baş ağrısından, qalmaqaldanxilas olmayacağam!H a c ı S a l a h . Ağa, bağışlayanda da genə Ziba xanım bir eləsiniistəməzmi?Və z i r . Allahu əkbər, xata-balaya düşdük! Olan, sənlik nə var?Sənə hər nə buyururam, elə eylə!H a c ı S a l a h . Baş üstə, ağa!Və z i r . Bağışlayanda mən deyəcəyəm ki, bacım, Hidayət xanınarvadı bu nimtənəni Şölə xanıma sovqat göndəribdir; onda Ziba xanımməni müqəssir görməz. Bu sözləri burda bir kimsəyə söyləsən, vaysənin halına!H a c ı S a l a h . Xeyr, ağa, mənim nə həddim var ki, sənin sirrinixalqa yayam?Və z i r . Di get, mürəxxəssən!Hacı Salah baş vurub otaqdan çıxır, sonra tez Ziba xanım otağın o birisi qapısınıbərk ikiəlli açıb çığıra-çığıra içəri girir, vəzir qorxub, səksənib geri baxır.Z i b a x a n ı m . Istəkli arvadına yaxası qızıl düyməli nimtənə buyurursan;barakallah sənin kişiliyinə!.. Deyəcəksən də ki, bacın onuŞölə xanıma sovqat göndərib, barakallah! Bacını mənə tanıdırsan?Sənin bacın xəsislikdən pəniri şüşəyə qoyuğ çöldən əppək batırır, eləoldu ki, əlli-altmış tümənlik nimtənə sənin arvadına sovqat göndərdi?Və z i r . Arvad, nə danışırsan? Necə nimtənə? Necə sovqat? Dəliolubsan?Ziba xanım. Mənə fəndü fel gəlmə! Əvvəldən axıradək HacıSalah ilə danışığını eşitmişəm. Hacı Salahı çağıranda sümüyüm duymuşdu;xəlvət gəlib o biri qapının dalısından pusurdum. Allah mübarəkeyləsin, arvadına yaxası qızıl düyməli nimtənə... Teymur ağanıngözü aydın olsun ki, sevgilisinə təzə nimtənə buyrulur ki, geysin, onunqabağında süzsün.Və z i r . Arvad, nə yava-yava danışırsan? Məgər heç utanmırsanki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? Mənim namusumubatırırsan?Ziba xanım. Sənin namusunu mən batırsaydım, mən də biroğlan sevərdim. Sənin namusunu arvadın Şölə xanım batırır ki, gecəgündüzTeymur ağa ilə qol-boyundur. Qaravaşım neçə kərə göziləgörübdür.Vəzir (rəngi təğyir tapmış). Mən hərgiz sənə və sənin qaravaşınainanmanam!Ziba xanım. Bu sözü yalnız biz demirik. Tamam Lənkəran buişi bilir. Sənin gözün örtülüb, uyubsan bu çənginin məkrinə, felinə,təmiz adını-sanını itiribsən.Və z i r . Şölə xanım nə tanıyır Teymur ağanı? Harda görübdür onu?Z i b a x a n ı m . Sən özün tanıdıbsan, özün göstəribsən!Vəzir (qaim sövt ilə). Mən tanıtmışam? Mən göstərmişəm?Ziba xanım. Bəli, sən tanıdıbsan, sən göstəribsən! Sən deyilmidinki, oruc bayramında gəlib arvadına dedin ki, xan qala qırağındabəy uşaqlarını bir-birilə güləşdirir; sən və bacın Nisə xanım xacə vəqaravaşınızla gəlin qala divarının dalısında, mərdrovda fərş saldırıboturun, tamaşa edin!? Olar da yola düşüb getdilər. Orda Teymur ağa,iyirmi beş yaşında cavan, gözəl oğlan, tamam bəy uşaqlarını basıb.Şölə xanım bir könüldən min könülə ona aşiq və giriftar olub. Axırkim bilsin nə hiylə edib onu ələ salıbdır ki, bir gün görməsə, aramıyoxdur. Sənə demədimmi, kişi, bu əlli yaşında yengi yetişmiş qızalmaq sənə yaraşmaz? Sözümə qulaq asmadın, indi çək, əzabındır!Və z i r . Yaxşı, çıx get, dəxi bəsdir, işim var, kağız yazacağam.Ziba xanım çıxıb gedir.Vəzir (yalqız). Əqlim kəsmir ki, Şölə xanım bu işin sahibi ola,amma çox ehtimalı var ki,Teymur ağanın gücü ona xoş gəlib, cahıl qızuşağıdır, saymazyana tərifini onun-bunun yanında dilinə gətiribdir. Buarvad xayınlıqla bunu sövgülülüyə həml edib, biçarəyə quyu qazır.Bəhər-hal, gərəkdir ki, Şölə xanıma inandırmaq ki, Teymur ağa çəndangüclü deyil, o basdığı uşaqlar tamam colma-çocuq idilər, bəlkə butədbir ilə dəxi Teymur ağanın vəsfi onun dilinə gəlməyə. Bəs durumgedim xanın yanına, sonra qayıdıb gəlləm otağına, görüm necə eylərəm.(Ayağa durur, istir getsin, Ziba xanım girir içəri).Z i b a x a n ı m . Bu gün nahara, şama nə buyurursan, hazır etdirim?Və z i r . Zəhrimar, zəqqum! Sən mənə belə xörək yediribsən ki,bir ay da yeməsəm acımanam. (Istir gedə, otağın ortasında bir xəlbirdüşmüş imiş, gözü qapıda, fikirli getdiyi yerdə ayağını xəlbirin sağanağınınbir başına basır, o başı qalxıb taraq dəyir onun dizinə. Uf edibdizin tutur, əylənir, qaşqabağı tökülmüş, üzün arvadına tutub çığıraçığıra).Bu xəlbir burda nə qayırır?Ziba xanım (təəccüblə). Mənim heç xəbərim yoxdur!Və z i r . Fərraş!Heydər fərraş dəhlizdən otağa daxil olub, əl-əli üstə baş əyir. Ziba xanım üzünörtüb, çəkilir otağın bir tərəfinə.Vəzir (acıqlı). Heydər, bu xəlbir otağın içində nə qayırır?F ə r r a ş . Ağa, sübhdən mən otağı süpürürdüm. Mehtər Kəriməlində xəlbir bura gəldi, bir az danışdı, sonra getdi, məlum olur xəlbiriburda qoyub gedibdir.Və z i r . Bu saatda mehtəri buraya çağır.Fərraş gedir.Və z i r . Mehtərin mənim otağımda nə işi var? Xəlbiri mənim otağımdanə qayırır? Bu gün hər tərəfdən mənə inciklik üz verir. Hər vaxtki, mən bu xarab olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam.Ziba xanım. Əlbəttə, ondan ötrü ki, bu otaqda Şölə xanımyoxdur! Çünki belədir, dəxi bura niyə gəlirsən? Həmişə get Şölə xanımınotağına.Fərraş və mehtər daxil olurlar.Vəzir (acıqlı). A gədə, Kərim, sənin mənim otağımda nə işin var?Sənin yerin töylədir. Sən nə cürət edib mənim otağıma ayaq basırsan?Mehtər. Ağa, mən bir dəqiqə gəlmişdim Heydərdən soruşam ki,cənabınız bu gün atlanacaqsınızmı? Soruşdum və tez çıxdım, getdim.Və z i r . Bəs bu xəlbiri bura niyə salıb gedirsən?Mehtər. Xəlbir əlimdə idi, atlara arpa xəlbirləyib verəcəkdim.Yadımdan çıxıb burda qalıbdır.Və z i r . Sonra niyə gəlib aparmadın?Mehtər. Burda qaldığı ağlıma gəlmirdi, elə indiyədək xəlbiriaxtarırdım.Vəzir (fərraşa). Səndə ağıl harda idi, haramzada! Heydər, busaatda nazir Ağa Bəşiri bura çağır və çubuq və fələqqə də özünləgətir, bir üç nəfər dışqarı fərraşlara da de, bura gəlsinlər.Fərraş gedir.Mehtər (başlayır titrəməyə və ağlamağa). Ağa, xanın başınaçevir məni!Vəzir (qeyzlə). Kəs səsini, it oğlu it!M e h t ə r (başlayır ökküldəməyə). Ağa, qurbanın olum, qələt eləmişəm,atan goruna bağışla məni! Atam ilə, babam ilə qələt eləmişəm,dəxi heç vaxt buraya ayaq basmanam!Və z i r . Səsin kəs, eşşək toxumu, eşşək!Bu halda nazir Ağa Bəşir, Heydər fərraş qoltuğunda bir dəstə çubuq, əlində fələqqəvə başqa üç nəfər fərraş daxil olurlar, baş əyirlər.Vəzir (fərraşlara). Yıxın naziri, ayağın salın fələqqəyə!Fərraşlar naziri yıxırlar, ayağın fələqqəyə salırlar, ikisi fələqqəni tutur, ikisiçubuq götürür.V ə z i r . Vurun!Fərraşlar vururlar.N a z i r . Ağa, başına dönüm, mənim təqsirim nədir?Vəzir (qeyz ilə əlin xəlbirə sarı uzadır). Bu xəlbir mənim otağımdanə qayırır?N a z i r . Necə xəlbir, ağa?Və z i r . Çubuq dəyəndə bilərsən necə xəlbir!Fərraşlar vururlar.N a z i r . Ay haray, ay dad! A başına dönüm, axır mənim təqsirimnədir? A qurbanın olum, bir təqsirimi buyur, sonra öldürürsən öldür!Vəzir (fərraşlara). Dayanın! Ağa Bəşir, sənin təqsirin budur ki,bu qapıda qulluq edənlərin vəzifəsini olara tanıtmayıbsan! Bu qapıdaqulluq edənlər hamı sənin ixtiyarındadır. Gərək sən hər kəsin yerini,işini ona bildirəsən. Mehtər gərək tövlədən başqa özgə yerə ayaq basmasın;xəlbir gərək heç vaxt mənim otağıma düşməsin. Bu gün mehtərKərim əlində xəlbir mənim otağıma girib, xəlbiri burda qoyubgedibdir. Qəflətən onun sağanağının bir tərəfini basdıqda, o biri tərəfiqalxıb dizimə belə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm.Mən bir böyük vilayətə vəzarət edib dolandırıram; sən gövdənbir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən!N a z i r . Ağa, sənin başını və ağlını Allah böyük yaradıbdır; mənnecə sənə tay ola bilərəm?Vəzir (fərraşlara). Vurun!N a z i r . Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundansonra heç vaxt belə iş olmaz.Vəzir (fərraşlara). Qoyun əldən! Ağa Bəşir, bu səfər səni bağışladım,əgər bundan sonra bir də mənim otağımda xəlbir görünsə,özünü ölmüş bil!Nazir (durub ayağa). Bəli, ağa, xatircəm ol.Və z i r . Di get!M e h t ə r (yavaş). Allah, sənə şükür!Hamıdan irəli xəlbiri qaldırıb özün qapıya salır, dalınca da o birilər, sonra davəzir çıxır.Pərdə salınırIKIMCI MƏCLISIkimci məclis Şölə xanımın otağında vaqe olur. Teymur ağa və Nisə xanımqabaq-qabağa ayaq üstə danışırlar.Teymur ağa. De görüm, bu işin çarəsi nədir? Bu nə xəyaldır ki,vəzir düşübdür? Məgər mən ölmüşəm ki, səni vəzir özgəsinə verəbilə? Axır bu qərabətdən onun mənzuru nədir?Nisə xanım. Mənzuru nədir? Məgər özün bilmirsən? Əlbəttə,mənzuru ixtiyar axtarmaq və izzətdə olmaqdır!Teymur ağa. Məgər xan ona verdiyi ixtiyar və izzət bəs deyil?Nisə xanım. Bəs olsa da, amma bietibardır: istir ki, qərabətsəbəbi ilə bu ixtiyar və izzət payidar olsun.Teymur ağa. Qəribə axmaqdır. Məgər xan öz yaxın əqrəbalarınaetdiyi işləri gözü ilə görmür? Bəhər surət işə çarə tapmaq gərəkdir.Sən əbəs yerə bu vaxtadək məni qoymadın ki, onu xəbərdar edim;indi mən istirəm ki, sabah onun yanına adam göndərib məlum edəm ki,bu niyyətdən düşsün, yoxsa xeyir götürməz.Nisə xanım. Amandır, Teymur ağa! Bu fikirdən düş ki, bu işihərgiz vəzirə bildirmək olmaz; ondan ötrü ki, o həmişə deyir: xan səniöldürməyə bəhanə axtarır və mən bilirəm ki, bu xüsusda vəzirlə mükərrərməşvərət edibdir; əgər vəzir bizim məhəbbətimizi anlasa, öz xeyrivə səlahı üçün haman saat gedib xana bildirəcəkdir ki, sən, guya onunnamizədinə göz dikirsən, xüsusən ki, vəzir səndən çox incikdir!Teymur ağa. Xan mənim atamdan qalan ölkəni və xanlığı zəbtetdiyini yetişməz, indi məni öldürmək fikrinə də düşür? Onun xamxəyalıdır!N i s ə x a n ı m . Əlbəttə, çünki ehtiyat edir ki, sən atan məmləkətiondan iddia edəsən, səni özünə müxill görür. Mən eşitmişəm ki, ancaqel üzünə sənə hörmət edir; əgər fürsət tapsa, bir gün səni sağ qoymayacaqdır.Teymur ağa. Heç vaxtda onun kimi xanlar məni öldürə bilməz!Bəylər və xalqın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənəixlaskeşdir. Mən o quşlardan deyiləm ki, ətim yeyilə. Xub, mən vəzirənə eyləmişəm ki, məndən incik olubdur?Nisə xanım. Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətiribözünə mirzə eləmisən. Vəzir belə bilir ki, əgər sənin əlinə bir ixtiyardüşsə, Mirzə Səlim bişək qabağa çıxacaq, atasın yerin tutacaq, indi bufikirdədir ki, xana desin, onu bu vilayətdən qovdursun.Teymur ağa. Onun ağzı deyil, mənim mirzəmi qovdura!Mənim atamın mərhəmətləri ona haram olsun ki, mənim haqqımda birtövr bədniyyət olubdur! Inşallah taala onun tədbirlərinin hamısınıpozub öz mətləbimə çataram. Amma doğru deyirsən; hələ gərək vəzirbizim məhəbbətimizi anlamaya. Şölə xanım hardadır? Mənim ona birpara deyəsi sözüm var.Nisə xanım. Anamın otağındadır.Teymur ağa. Olmazmı gedib onu buraya çağırasan?Nisə xanım. Anam evdə yoxdur, ikimiz də gedək ora.Teymur ağa. Yaxşı.Hər ikisi çıxıb gedirlər, sonra Ziba xanım otağa daxil olur.Z i b a x a n ı m . Ay ləçər, axır işi o yerə yetiribsən ki, mənim qaravaşımısöyüb mənim üstümə göndəribsən? Vəzir səni belə qudurdubdur?(Görür ki, otaqda heç kim yoxdur. O yana-bu yana baxıb söyləyir).Ax, hardadır bu dilaram çəngi? Evi yıxılsın Mirzə Həbib vəzirinki, bizim axırımızı bu günə çıxartdı. (Istir geri dönsün, kişi sədasıeşidir, səksənir, əylənir). Vay, yad kişinin səsi gəlir! Vay, indicə qapıdan girəcəkdir, qapıdan çıxa bilmənəm, necə edim? (O yana-bu yanavurxunub girir pərdə dalısında gizlənir, sonra Teymur ağa ilə Şöləxanım içəri girir).Teymur ağa. Anan nə tez hamamdan qayıtdı, qoymadı ki, otaqdadanışaq, burda münasib deyil idi, çünki mənim danışası sözümçoxdur, olur ki, vəzir bura gəlsin.Ş ö l ə x a n ı m . Xatircəm ol, bu gün vəzir bura gələ bilməz.Teymur ağa. Necə gələ bilməz?Ş ö l ə x a n ı m . Ondan ötrü ki, bu gün növbəti Ziba xanımın otağındadır.Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaqbasa bilməz.Teymur ağa. Bu hesabi sözdür, amma yalqız bu ehtimal iləxatircəm olmaq olamaz; genə gərək ehtiyatı əldən qoymamaq, bəlkəbir ittifaq ilə bura gəlmək istədi.Ş ö l ə xanım. Fikir eləmə, Nisə xanıma tapşırmışam ki, dəhlizdəndişqarı bir yerdə oturub gözətləsin; Əgər vəzir görünsə, tez bizixəbərdar etsin. Yoxsa qorxursan?Teymur ağa. Mən qorxan adam deyiləm, bir para səbəblərəgörə mən istəmirəm ki, vəzir məni burda görə, gedib xana xəbər verə.Bir neçə fikrim var; gərəkdir əvvəl onları itmamə yetirəm.Ş ö l ə xanım. Əlbəttə, gərəkdir vəzir bu işləri bilməyə, yoxsaxana bildirər, iş bilkülliyyə pozular.Bu halda Nisə xanım başın içəri uzadıb.N i s ə xanım. Ay Aman, vəzir gəlir!Şölə xanım iztirab halətində qapıdan dışqarı baxır.Ş ö l ə x a n ı m . Ay aman, vəzir düzbədüz qapıya sarı gəlir. Teymurağa, sən qapıdan çıxa bilməzsən!Teymur ağa. Bəs mən necə gərək edim! Olur ki, mənim burdaolmağımı bir adam ona xəbər veribdir. Vallah, hər kəs mənim buragəlməyimi açmış ola, bu xəncəri dəstəsinədək ürəyindən çıxacağam(Əlini xəncərinə uzadır).Ş ö l ə x a n ı m . A kişi, söyləmək vaxtı deyil, hələ gir bu pərdənindalısına, görüm bir tövr ilə vəziri geri qaytara billəmmi?Teymur ağa girir pərdənin dalısına, sonra vəzir əlində ağac axsaya-axsaya otağadaxil olur.Və z i r . Şölə xanım, nə işdəsən, kefin yaxşıdırmı?Şölə xanım. Allaha şükür, sənin dövlətindən kefim həmişə yaxşıdır,sənin kefin yaxşı olsun. Niyə qaşını əyibsən, nə əcəb axsıyırsan?Və z i r . A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdənkeçməzdi. Ovqatım lap təlx olubdur. Xacə Məsud, get mənə birqəhvə bişir gətir.Xacə Məsud baş vurub gedir.Ş ö l ə xanım. De görüm, başına nə qəziyyə gəlibdir? Amma olurki, söyləməyi uzun çəkə, nə lazım zəhmət vermək!Və z i r . Xeyr, uzun çəkməz. Iş budur ki, mən bir neçə bəylər iləxanın hüzurunda oturmuşduq. Teymur ağanın güclülüyündən sözdüşdü. Hamı bəylər dedi ki, tamam Lənkəranda Teymur ağadan güclübir kimsənə tapılmaz; xan da təsdiq elədi. Mən inkar etdim ki, Teymurağada heç güc yoxdur; əgərçi oruc bayramında bir neçə uşaq basdı;amma olar tamam çolma-çocuq idilər. Teymur ağa da hüzurda durmuşdu.Xan mənim sözümü qəbul etməyib dedi: “Sən nə dəlillə bunuisbat edirsən?”. Mən cavab verdim ki, əgər mənə yaraşaydı, bu əlliyaşımda Teymur ağa ilə güləşib onun arxasın yerə qoyardım. Xan ki,həmişə belə işlərə həvəsi var, hökmən buyurdu, gərək Teymur ağa iləgüləşəsən. Çarəm kəsilib, ayağa durub tutuşduq, qeyrət mənə əl verib,bir dəqiqə çəkməyib Teymur ağanı çəkdim pişləngə, dəxi bilmirəmnecə yerə vurmuşam ki, biçarə uşaq bihiss yerdə nəqş bağladı, ancaqyarım saatdan sonra özünə gəldi; zordan mənim də onbam bərk ağrıyıb,indi axsayıram.Şölə xanım (təbəssüm ilə). A kişi, bu nə işdir sən edibsən?Bəlkə kişinin oğlu öləydi, anasının günü qara olaydı?Və z i r . Bəs özüm də çox peşman oldum, amma çifayda, belə ittifaqdüşdü.Ş ö l ə x a n ı m . A kişi, bəs biçarə elə yerdə qaldı? Sən çıxdın gəldinmənə hünərini söyləməyə?Və z i r . Xeyr, fərraşlar onu dala götürüb apardılar anasının yanına.Bu halda Teymur ağa pərdənin dalısında gülməyin saxzlaya bilməiyb pıqqıldayır.Vəzir tez yeriyib pərdəni qaldırır. Teymur ağanı və Ziba xanımı pərdənin dalısındagörüb mat qalır və habelə Şölə xanım.Və z i r . Sübhanallah, bu nə işdir? (Sonra üzün Teymur ağaya tutubacıqlı, qaim sövt ilə). Ağa, sən burda nə qayrırsan? (Teymur ağa başınaşağı salır). De görüm, axır sən burda nə qayrırsan? (Teymur ağa cavabvermir, pərdədən çıxıb başı aşağı istir getsin. Vəzir onun qolundantutub). Qoymanam gedəsən, ağa, de görüm, sən burda nə qayrırsan?Teymur ağa (qolun çəkir). Əldən qoy!Vəzir (ona bərk-bərk suvanıb). Qoymanam gedəsən, mənəcavab ver!Teymur ağa təncə gəlib, bir əlilə yapışır onun boynunun ardından, bir əlilə paçasındanqaldırıb tullayır. Vəzir otağın ortasında palaz kimi sərilir. Teymur ağa tez qapıdançıxıb gedir.Vəzir (bir dəqiqədən sonra hala gəlib, üzün tuturu Ziba xanıma).Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən?Ziba xanım. Mən sənin başına məkr gətirirəm? Vay səninhalına! Vay sənin halına ki, qəflət gözünü ortübdür!Və z i r . Kəs səsini, ay ləçər! Məni dilə basdırma, dəxi səni tanıdım;bu qədər fitnə və fel tamam sənin işin imiş, Allah qoysa səninaxırına çıxaram!Z i b a x a n ı m . Ay biçarə, bir de görüm nə səbəbə mənim axırımaçıxacaqsan?Və z i r . Səlitə, dəxi bundan artıq səbəb olar ki, yad adam ilə pərdədalısına girib gizlənibsən?!Z i b a xanım. Ay biçarə, bir arvadın Şölə xanımdan soruşsana ki,yad adam onun otağında nə qayırır?Və z i r . Ay ləçər, hələ sən bir özün mənə cavab ver ki, sənnaməhrəm ilə bir pərdənin dalısında nə qayırırsan?Ziba xanım. Yaxşı, mən deyim. Arvadın Şölə xanım mənimqaravaşıma söymüşdü, mən gəlmişdim onun ilə dalaşam ki, niyə həddindənçıxır; ittifaqən onu otaqda görmədim. Istəyirdim geri qayıdam,gördüm ki, qapı tərəfdən bir yad adam Şölə xanım ilə danışa-danışagəlir. Girdim bu pərdənin dalısına, gizləndim; görüm olar nə qayracaqlarki, sonra səni xəbərdar edim. Xüsusən ki, üzüaçıq yad adamagörükə bilməzdim. Ittifaqən sən bura gələndə o adam da girdi pərdənindalısına gizləndi.Və z i r . Niyə çıxıb o saat məni xəbərdar etmədin, əgər doğrudeyirsən?Z i b a x a n ı m . Necə çıxıb xəbərdar edəydim ki, xəncəri dəstəsinədəkürəyimə çaxacaq idi?!Vəzir (bir az təəmmül edib, üzün Şölə xanıma tutub). Şölə, doğrusunude: bu adam sənin yanına gəlmişdi?Şölə xanım. Sənin arvadın tutuquşu cinsidir; dil-dil ötmək,yalan danışmaq peşəsidir. O adamı mən ömrümdə görməmişəm və heçtanımanam.Və z i r . Necə tanımazsan? Teymur ağanı sən tanımırsan?Ş ö l ə x a n ı m . Teymur ağa burda nə qayrır? Məgər sən Teymurağanı yıxıb anasının üstünə göndərməmisən?Və z i r . Ay ləçər, sən mənim sözümə cavab ver, Teymur ağasəninmi yanına gəlmişdi?Şölə xanım. Temur ağa mənim yanıma gəlsəydi, onu mənimilə bir yerdə görərdin, Ziba xanım bilirdi ki, mən bu gün hamamagetdim; belə xəyal edib ki, mənim otağım xalidir, öz sevgilisini buraçağırıb istirmiş eyş-işrətə məşğul olsun; çünki bu gün sənin növbətinonun yanında olmaq səbəbilə sevgilisini öz otağına gətirə bilməzdi.Ittifaqən hamam suyu kəsilmək səbəbilə biz qəflətən geri qayıtdıq.Ona binaən qaça bilməyib, hər ikisi giriblər bu pərdənin dalısına ki,bəlkə mən çölə-bayıra çıxan zamanda fürsət tapıb qaçsınlar. Doğrusöz budur, əqlini başına yığ, bu bihəyanın məkrinə uyub, mənim haqqımdanahaq bədgüman olma!Ziba xanım (Şölə xanıma çığıra-çığıra). Ay ləktə, bu necə sözdürki, özündən qayrırsan? Öz işini mənim üstümə qoyursan? Vay,vay, mən özümü öldürrəm!..Şölə xanım. Ləktəsən də, ləçərsən də, kovulsan da! Istərözünü öldür, istər qoy, sənin məkrü felin tamam Lənkəran xalqınaməlumdur. Çığırmaq ilə özünü təmizə çıxara bilməzsən! Ərin gözüvar, görür ki, bu iş sənin işindir, ya mənim işimdir?Z i b a x a n ı m . Ay Aman, mən özümü öldürrəm! A kişi, bu ləçərinağzına niyə vurmursan ki, mənə belə böhtan deyir?..Ş ö l ə x a n ı m . A ləktə, o mənim ağzıma niyə vurur? Əgər o kişidir,gərək səni tikə-tikə doğraya ki, yad oğlan ilə bir yerdə tutubdur.Vəzir (Ziba xanıma). Əlbəttə, səni gərək tikə-tikə doğramaq!Hələ mənə bir möhlət ver ki, özümü xanın yanına yetirib sənin ciyərguşənaxırına çıxım, sonra sənin haqqında fikir çəkərəm. Sən ömrünüyalançılığa sərf edibsən!Ziba xanım (acıqlı). Mən yalançıyam? Doğru danışan sənsən?Necə ki, söylədiyin nağıldan məlum oldu...Və z i r . Itil gözümün önündən, ləçər! (Ziba xanım otaqdan çıxır).Şölə doğru de, bu işdən xəbərin varmı?Ş ö l ə x a n ı m . Mən hərgiz bu xüsusda təqsirli deyiləm!Bu halda xacə Məsud əlində qəhvə fincanı daxil olub vəzirin dal tərəfindən ərz edir.Xacə. Ağa, qəhvə buyurursunuzmu?Vəzir (geri dönüb, əlilə qəhvə fincanına vurub xacə Məsudunüstünə dağıdır). Itil cəhənnəmə, məlun! Bu hövsələmin dar vaxtındanə qəhvə içmək yeridir! Mən bu saat xan qulluğuna gedirəm.Xacə Məsud geri dönüb dağılan qəhvəni üstündən silə-silə.Vəzir (kəsrəti-pərişanlıqdan). Buyur, tez mənim qırmızı cübbəmiversinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi?Xacə Məsud. Eşitdim, ağa, necə ki, buyurursan əmələ gələr.Ondan sonra vəzir də çölə çıxır.Ş ö l ə x a n ı m . Allahu əkbər, əcəb işə rast gəldim! Canım qurtuldu,Allah, sənə şükür! (Nisə xanım içəri girir) Nisə, qəribə iş ittifaqdüşdü; vəzir Ziba xanımı Teymur ağa ilə pərdə dalısında gördü.N i s ə xanım. Nə danışırsan? Ziba xanım pərdənin dalısında nəqayırırdı?Ş ö l ə x a n ı m . Bilmirəm, evi yıxılmışın qızı haçan gəlib ora girmişdiki, mənim canım qurtuldu. Amma xan bişək və şübhə Teymurağanı öldürəcək! Onu qurtarmağa bilmirəm nə çarə edək?Nisə xanım. Qorxma, xan Teymuru öldürə bilməz! Amma gərəkidi bu iş olmayaydı; indi mətləb uzanacaqdır. Anam çağırır, gedəkonun otağına və xacə Məsudu da göndərək xanlığa, bir xəbər bilsin.Hər ikisi gedirlər.Pərdə salınırÜÇÜMCÜ MƏCLISÜçümcü məclis Lənkəran xanının divanxanasında, dərya kənarında vaqe olur.Xan taların sədrində, taxt üstündə oturubdur; hüzurunda durubdur Səlim bəy eşikağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər,qapının ağzında fərraşbaşı Səməd bəy və pişxidmətbaşı Əziz ağa və bir-iki cavan pişxidmətqaimdir və taların altında ərizəçilər, yanlarında naibi-eşik ağası Qədir bəymüntəzirdirlər. Fərraşlar da taların aşağısında, qapının dalısında oturublar.Xa n . Bu gün çox xoş havadır; divandan sonra istirəm dərya üzündəbir az seyr edəm, könlüm açıla. Əziz ağa, buyur gəmiçilərə ki,dərya kənarında lötgə hazır etsinlər!Əz i z a ğ a . Baş üstə.Çölə çıxır.Xa n . Səlim bəy, denən ərizəçiləri qabağa gətirsinlər.E ş i k a ğ a s ı (talardan). Qədir bəy, ərizəçiləri növbət ilə qabağagətir.Qədir bəy iki ərizəçini qabağa gətirir, ərizəçilər ikiqat olurlar.Ə r i z ə ç i l ə r d ə n b i r i s i . Xan, başına dönüm, ərzim var!Xa n . Kişi, de görüm, ərzin nədir?Ə v v ə l i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bu gün atımı çayasuvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdangəlirdi; çağırdım, a kişi, allah xatiri üçün bu atı qaytar. Əyilib yerdənbir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü.Indi at məsrəfdən çıxıbdır; diyəsini istirəm,vermir; mənim ilə cəngücədəl edir.Xan (ikinci ərizəçiyə). A kişi, belədir?I k i m c i ə r i z ə ç i . Başına dönüm, belədir, amma mən qəsdən daşatmamışam.Xa n . Pərpuc danışma; qəsd olmasa necə daşı götürüb atmaq olar.Sənin də atın varmı?I k i m c i ə r i z ə ç i . Vardır başına dönüm.Xan (əvvəlinci ərizəçiyə). A kişi, sən də get, vur bunun atın birgözün çıxart! “Əssinə bissinin, vəl eynə bil-eyni, vəl-cürufə qisas”.4Bu şübhəli iş deyil, Səməd bəy, fərraşlardan birini qoş getsin, bularıhaqlaşdırsın!Səməd bəy baş vurub aşağı enir, bir fərraş qoşub ərizəçiləri yola salır, qayıdır.Xa n . Səlim bəy, de ki, o biri ərizəçilər irəli gəlsinlər; tez olun, bugün seyrə çıxacağam!S ə l i m b ə y . Qədir bəy, o birilərini irəli gətir!Qədir bəy genə iki nəfər ərizəçini irəli gətirir.Xa n . Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq özəhli-əyalının qəmin çəkir, mən gərək min-min adamın qəmin çəkəm,dərdinə yetişəm. Əvvəl xanlığımdan bu günə qədər heç bir gün qapımdanərizəçiləri rədd etməmişəm!Səlim bəy. Bu qədər xalqın duası sizin əcrinizdir. Həqiqətdəbu qədər xalq sizə əyal hesab olunur. Bu, Lənkəran vilayətinin abadlığısizin ədalətinizin bərəkətindədir.Ərizəçilər baş əyir.Əvvəlimci ə r i z ə ç i . Xan, başına dönüm, mənim qardaşımnaxoş idi. Dedilər ki, bu kişi həkimdir. Getdim, üç tümən pul bunaverib qardaşımın üstünə gətirdim. Bu ümid ki, qardaşımı sağaldacaqdır.Gələn kimi qardaşımdan qan aldı, Qanı kəsilən kimi qardaşımcanın tapşırdı. Indi deyirəm, kişi, barı pulumu özümə qaytar. Pulumuvermədiyi yetməz, hələ deyir ki, qan almasaydı dəxi pis olacaqdı; hələgenə məndən iddiası var. Dadıma yetiş, başına dönüm!Xan (ikimci ərizəçiyə). Cənab həkim, necə qan almasaydın dəxipis olacaqdı?I k i m c i ə r i z ə ç i . Xan, başına dönüm, bunun qardaşı möhlik istisqamərəzinə mübtəla idi. Əgər qan almasaydım, altı aydan sonrabişək və şübhə öləcək idi; qan almaqla bu kişinin altı ay ona bica xərcvə zəhmət çəkməkdən xilas etmişəm.Xa n . Cənab həkim, bəs sənin hesabına görə gərək bu kişi genəsənə artıq zad bağışlasın?I k i m c i ə r i z ə ç i . Bəli, başına dönüm, belədir, əgər insaf eləsə!Xan (bəylərə üzün tutub). Vallah, bilmirəm ki, buların divanınınecə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim!B ə y l ə r d ə n b i r i s i . Başına dönüm, həkim taifəsinin ehtiramıvacibdir, xalqın vecinə gəlirlər. Buyur bu kişiyə, ona bir xələt versin,onu razı etsin. Xüsusən, bu həkimi mən tanıyıram, çox haziq həkimdir.Xa n . Əgər o sənin aşnandır, qoy sən deyən kimi olsun. (Üzün ərizəçiyəçevirir). A kişi, get həkimə bir çuxa da ver, onu razı elə. Səmədbəy, bir fərraş qoş, getsin çuxanı alsın, versin həkimə.Səməd bəy aşağı enir. Bu halda vəzir töyşüyə-töyşüyə içəri girir, qələmdanınaparır qoyur xanın qabağına.Və z i r . Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim.Mənim qulluqlarımın əvəzi mənə yetişdi, indi vəzarəti hər kəsə ki,layiq görürsən, ona ver; Mən başımı götürüb bu vilayətdən dərbədərolacağam!Xan (təəccüblə). Cənab vəzir, nə var, sənə nə olubdur? Bu nəhalətdir?Və z i r . Başına dönüm, cəmi ölkələrdə bu zamanadək sənin ədalətindillərdə söylənir, sənin qorxundan heç bir kimsənə bəndələrindənbir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. Amma səninqardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, gününgünortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə əl uzatsın.Xan (qeyzə gəlib). Vəzir, nə söyləyirsən? Teymur bu cürəti edəbilərmi?Və z i r . Sənin çörəyin mənə qənim olsun əgər xilaf ərz edirəm!Özüm gözüm ilə gördüm; tutdum ki, əyliyib qulluğuna gətirəm, əlimdəndartınıb çıxıb getdi.Xa n . Səməd bəy, bu saatda get Teymuru bura çağır! Amma buxüsusda ona bir söz demə! (Səməd bəy baş vurub gedir). Vəzir, aramtut, indi bu saatda ona bir divan edərəm ki, məcmui-aləmə ibrət olar!Və z i r . Başına dönüm, keçən padşahlar ədalətin icrasında övladvə əqrabalarına tərəhhüm etməyiblər. Xüləfayi-əzimüşşən5 öz övladlarınaxalqın əyalına kəc baxmaqdan ötrü bazxasti-şədid etmişlər. SultanMahmud Qəznəvi6 bu günə cürm üçün müqərrəblərindən birisininboynunu öz əlilə vurdu. Odur ki, müruri-dühur ədalətlərinin vəsfialəmdə məzkurdur.Xa n . Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardanvə Sultan Mahmud Qəznəvidən əskik deyil.Bu halda Səməd bəy Teymur ağa ilə içəri girir, hər ikisi baş əyirlər.Xan (Teymur ağaya). Mən sənə buyurmamışam ki, heç vaxt xəncərilə mənim hüzuruma daxil olma?!Teymur ağa. Mən xəncər qurşamamışam!Xa n . Mənə belə göründü. Xub, sənin vəzirin hərəmxanasında işinnə idi? (Teymur ağa başın aşağı salır). Sənin qərəzin budur ki, səninkimi nadürüst qardaş oğlundan ötrü mən vilayətlər içində bədnamolam? Mən sənin kimi qardaş oğlunu istəmirəm! Tənab! (Haman saatbir neçə fərraş əllərində tirmə şal hazır olurlar). Salın şalı bunun boynuna,sürüyün aşağı!Fərraşlar şalı salmağa hazırlanırlar, tamam bəylərin gözü dolur yaş ilə.E ş i k a ğ a s ı v ə t a m a m b ə y l ə r . Xan, qurbanın olaq, cavandır,bu səfər bağışlayın bunun təqsirini!Xa n . Babam ərvahına, hərgiz bağışlamanam. (Üzün çevirib).Salın şalı! (Fərraşlar bir cüzvi hərəkət edirlər; tamam bəylər ağlamaqdanözlərini saxlaya bilməyib biixtiyar ökküldəməyə şüruh edib torpağadüşürlər, yalvarırlar).B ə y l ə r . Amandır, xan, başına çevir, anasının bircəsidir. (Ökküldəyirlər).Xa n . Olmaz, olmaz! (Qeyzlə fərraşlara üzün tutub). Salın demirəm,köpək uşağı!Fərraşlar əllərində şal, yavıqlaşdıqca Teymur ağa cəld əlin uzadıb dalısında sancılmıştapançanı çıxardıb çevirir fərraşlara sarı; fərraşlar qorxudan hər tərəfə səpələnirlər;Teymur ağa aralıqdan çıxıb gedir.Xan (dalısınca). Ay tutun, ay qoymuyun getsin!Hamı hərəkət edir, amma dalısınca düşən olmur.Xan (acıqlanmış, bəylərə üzün tutub). Sizin heç biriniz mənimmərhəmətlərimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz getdi?!(Heç kəs cavab vermir). Səməd bəy!Səməd bəy qabağa yeriyir.Xa n . Bu saatda əlli nəfər cəzairçi7 özünlə götür, Teymuru həryerdə olsa, axtarıb tapıb tutun, qolu bağlı bura gətirin; ta mən onu öldürməsəm,ölkə dincəlməz!S ə l i m b ə y . Baş üstə. (Qapıdan çıxır).Xan (bəylərə). Dağılın!Bəylər dağılırlar.Xa n . Əziz ağa! (Əziz ağa qabağa gəlir). Lötgə hazırdırmı?Əz i z a ğ a . Hazırdır!Xan (ayağa durub). Vəzir, sən get, aram tut, qəm eləmə, səninqisasın yerdə qalmaz. Al, bu üzüyü də Nisə xanıma ver, bu gün məxsusonun üçün zərgərdən gətirtmişdim. Və onu köçürmək tədarükünəməşğul ol; bir həftədən sonra gərəkdir toy başlansın!Və z i r . Bəli, fərmanınıza əməl edəcəyəm.Baş vurub çıxır. Sonra da xan Əziz ağa ilə lötgəyə minib dərya seyrinə çıxır.Pərdə salınırDÖRDÜMCÜ MƏCLISDördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanımqayət nigaranlıqda oturublar.Nisə xanım. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki,bir xəbər gətirə; ürəyim çox iztirabdadır.Şölə xanım. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymurağaya bir zad edə bilməyəcəkdir.Nisə xanım. Doğrudur ki, bir zad edə bilməz amma qorxuramki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir.Bu halda xacə Məsud girir.Ş ö l ə x a n ı m . Xacə Məsud, söylə görək nə oldu!Xacə Məsud. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymurağanı gətirib istirdi boğdursun. Teymur ağa tapança çəkib fərraşlarıdağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdətapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. Indi tamam şəhəri vəevləri ondan ötrü axtarırlar.Nisə xanım qüssədən ah çəkir; bu halda qapı açılır. Teymur ağa içəri girir.Şölə xanım. Vay, dədəm vay, sən bura necə gələ bildin?Məgər Aslan ürəyi yemisən? Məgər canından qoxmursan?Teymur ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam?Şölə xanım. Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün.Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə!Gələn olmasın!Xacə Məsud çıxır çölə.Teymur ağa. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundanbu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşamonun uğrunda! Amma mən işsiz də gəlməmişəm. Istirəm, bu gecəNisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaqolmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur;mən dəxi öz nişanlımı onun əlində qoyub, ondan sonra bura gəlibgedəbilmənəm?Ş ö l ə x a n ı m . Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüzbura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdənpusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin.Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısındaat və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımıçıxarıb sənin əlinə tapşırram, apararsan.Teymur ağa. Nisə xanım, razısanmı?N i s ə xanım. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb.Bu halda Xacə Məsud qapıdan çığırır.Xacə Məsud. Ay aman, vəzir gəlir!Şölə xanım və Nisə xanım (rəngləri təğyir tapmış). Vay,dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısındagizlən, görək bu zalımı qaytara billikmi?Teymur ağa (heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mənhərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy gəlsin məni burdagörsün!Şölə xanım və Nisə xanım (onun ayağına düşüb dizlərindənqucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama!Baban goru xatiri üçün gizlən pərdənin dalısında!Teymur ağa. Heç vaxt!Xacə Məsud (genə başın içəri uzadıb). Ay Aman, vəzir yetişdi!Ş ö l ə xanım və N i s ə xanım. Ay başına dönüm, bizə rəhmelə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişəkölümə gedərik!Teymur ağa. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına,bir saniyə keçmiş vəzir içəri daxil olur).Və z i r . Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki,siz ilə danışıq edim. Qulaq asın. Şö lə xanım, heç bilirsənmi ki, səninbacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıqolacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adınıitirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlərilə həmişə aşnalığı var.Şölə xanım (arami-qəlb ilə). Buyur, görək, mən hansı naməhrəmlərləaşnalıq edirəm?Və z i r . Məsələn, Teymur ağa ki, sənin otağında gördüm.Ş ö l ə x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında?Vəzir. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm;olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü deyirəmki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman sözdeyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdanötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçməktədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisəxanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur).Nisə xanım. Bir qız ki, onun bacısının haqqında bədgümanolalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onunbarmağına tax! (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır).Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgümanoluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım.Şölə xanım. Olmazmı bu nəsihətləri arvadın Ziba xanımaverəsən?Və z i r . Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm.Ş ö l ə x a n ı m . Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən?Vəzir. Dəxi saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymurağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi, ya tapılıbölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundansonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçməktədarükünə gərək məşğul olmaq.Şölə xanım. Get anamın otağına, bu sözləri ona danış; bumənim işim deyil.Və z i r . Get ananı bura çağır, burda danışaq.Bu halda qapı açılır, Pəri xanım və Nisə xanım içəri girirlər.Və z i r . Əcəb oldu gəldin. Buyur otur!P ə r i x a n ı m . A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdənçıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlun var ki, səni görməkolmur.Və z i r . Bəli, ələlxüsus bu günlərdə heç bir macalım yox idi. Degörüm, ana, mətləbin nədir?P ə r i x a n ı m . A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçıQurbana dua yazdırmağa ki, Allah sən qızım Şölə xanımdan bir oğlankəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üçağırı buğda səməni qoyub füqəraya paylayasan. Indi gərək sənin başınınüç ağırını tutam, səməni vaxtı keçir.Və z i r . Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırınıtutacaqsan, madam ki, başım bədənimdədir.P ə r i x a n ı m . A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir.Bir dərin qab qoyarıq başına, əgər başın tamam ola sığsa, onundolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir!Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanıgətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır.Və z i r . Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necəki, deyiblər əməl elə, taki Allah Şölə xanımın arzusun bitirsin.P ə r i x a n ı m . Bəli, qadan alım. Nisə xanım, badyanı qoy başına!Nisə xanım badyanı geydirir. Badya vəzirin qaşına qədər girib aşağı getmir. Nisəxanım zor edir.Və z i r . Ay aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (Iki əllibadyanı qaldırır).P ə r i x a n ı m (tez). A qız, o böyük badyanı gətir.Nisə xanım yüyürüb tez böyük badyanı gətirir.Və z i r . Ay ana, Allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala?Indi səninlə vacibi danışası mətləbim var.P ə r i x a n ı m . Olmaz, vaxtı keçər, a qadan alım! Incimə, bir dəqiqəlikişdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs buaxır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğulgörməyim ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur).A qız, qoy badyanı, əvvəldən gərək bunu gətirəydin.Nisə xanım badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şöləxanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Temur ağanı çıxarıbqapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır.Və z i r . Ana, indi otur səninlə söz danışacağam.P ə r i x a n ı m . Baş üstə, oğul!Istir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmişTeymur ağa əlində tapança otağa daxıl olur. Vəzir onu görən kimi başlayır titrəməyə.Teymur ağa. Mənim atamın yaxşılıqları sənə haram olsun!Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səniöldürməmiş özüm ölmənəm.Tapançanı qalxızır vəzir tərəfinə. Şölə xanım düşür onun ayağına, yalvarır.Ş ö l ə x a n ı m . Amandır, Teymur ağa, təəmmül et, əl saxla!Teymur ağa əl saxlayır. Bu halda Səməd bəy bir neçə cəzairçi ilə otağa daxil olur,qapı ağzında durur.Teymur ağa. Səməd bəy, qərəzin nədir?Səməd bəy. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiznədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanınbuyruğudur, gərək səni onun yanına aparaq.Teymur ağa. Məni diri onun yanına apara bilməzsiniz! Məgərmənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah,əgər hünəriniz var, ayaq irəli qoyun. (Tapançanı yuxarı qalxızır).Səməd bəy. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənimilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlərnə lazımdır? Inanın ki, xan əhd edibdir sizə bir zad etməsin.Teymur ağa. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. Ohansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim.Bu halda həyətdə dübarə qalmağal qopur. Səlim bəy eşik ağası, Teymur ağanınsüd qardaşı Riza ilə içəri girir.Səlim bəy. Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun!Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib,lötgə çevrilib, xan dəryaya qərq olubdur. Indi xalq xanlıq imarətininətrafına cəm olub özlərinə xan istirlər. Təşrif gətirin!Teymur ağa. Riza belədirmi?Riza. Bəli başına dönüm, belədir. Buyurun gedək (Bu halda vəzir və Səməd bəy yeriyib torpağa düşürlər. yalvarırlar). Ağa, bizi başına çevir!Teymur ağa. Səməd bəy, sən dur geri çəkil. (Səməd bəy durub geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki mənim sənin evinə gəlməyim ondan ötrü idi ki mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib Allahın əmrilə onu almağa talib idim. Amma çüki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub kamali asayişdə güzəran edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki bir həftədən sonra gərəkdir ki, toy başlansın. Anam Pəri xanım, bacım Şölə xanim, xudahafiz!Pəri xanım və Şölə xanım. Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən! Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır. Cəzairçilər (qışqırır). Teymur xan sağ olsun!Pərdə salınır.Tamam olur.

M.F.Axundzadə-Sərgüzəşti Vəziri-xani-Lənkəran

© 2023 by Art School. Proudly created with Wix.com

  • c-facebook
bottom of page