top of page

Ədəbiyyatşünaslığımızda zaman-zaman əruz vəzninə yanlış baxış formalaşmışdır. Belə ki, əruz vəzni dilimizə və folklorumuza tamamı ilə yad bir ünsür kimi qəbul olunmuşdur. Düzdür, əruz vəznli klassik Azərbaycan şeirində dilimizin qanunlarına zidd meyllər (saitlərin süni surətdə uzadılması və əcnəbi sözlərdən həddən çox istifadə) mövcud olmuşdur, lakin, bu əruzun zəruri tələbindən daha çox bir ənənə olmuşdur.Əruz vəzninin yaranması. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil İbn Əhməd (718-792) olmuşdur. X.İ.Əhmədə qədər isə ərəb şeirində aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir (17):- Ərəb şeirinin “səc” forması;- Ərəb şeirinin “rəcəz” forması;- Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).Ərəb şeirinin qədim forması sayılan “Səc” şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, “səc” şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də “səc”i “qafiyəli nəsr” də adlandırırlar (17).Ərəb şeirinin “rəcəz” (buradakı “rəcəz” ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. “Rəcəz” formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da “səc” kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-professional, spontan forma) kimi qiymətləndirilir (17).Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq professional və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə professional səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi “səc” və “rəcəz” şeir formaları da öz mövcudluğunu qorumuşdur (17). X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir.Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti (?) ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur (buna real misalları növbəti bölmələrdə görəcəyik). Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasın-dan xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunuğu məlumdur (1).İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir. Əruz vəzni və türk dili. Öncə, əruz vəzninin türk dilinin fonetikasına nə dərəcədə uyğun olmasını nəzər-dən keçirək. Ümumiyyətlə, əruz nədir? Əruz uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəznidir. Bəs uzun və qısa hecalar nə ilə müəyyən olunur? Qısa hecalara saiti uzanmayan açıq hecalar, uzun hecalara isə qapalı hecalar və saiti uzanan açıq hecalar aiddir. Əruz qəliblərinin bir qismində uzun hecaların sayı qısa hecaların sayına təqribən bərabər olduğu halda, bir qismində uzun hecalar çoxluq təşkil edir (üç dəfəyə qədər), az bir qismində isə qısa hecalar çoxluq təşkil edir. Əsl türk sözlərində uzanan sait olmadığından uzun hecalar yalnız qapalı hecalar vasitəsiylə düzəlir. Qapalı və açıq hecaların sayları isə türkcəmizdə təqribən biri-birinə bərabərdir. Buradan görünür ki, dilimiz bütövlükdə əruza yox, uzun hecaları çox olan əruz qəliblərinə münasibətdə uzun hecaların “çatışmazlığı” ilə seçilir. Belə olan halda ilk baxışdan demək olar ki, uzun hecaları çox olan əruz qəliblərində bu hecaların yerini doldurmaq üçün şairlər məcburi olaraq ərəb və fars sözlərindən istifadə edərək və türk sözlərindəki saitləri süni surətdə uzadaraq dilimizə yad ünsürlər gətiriblər. Lakin, bu fikri də birmənalı qəbul edib, belə əruz qəliblərini dilimizə yad hesab etməyə tələsməyək.Birincisi, nəzərə almaq lazımdır ki, türk sözlərində sonuncu hecanın saitinin uzadılması şeirdə normal səslənir, çünki, bu hal hətta danışıqda da baş verir, yəni, əslində şifahi nitqimizin fonetikasına o qədər də zidd deyil. Türkcəmizdəki qapalı hecalar və sözlərin sonuncu saitinin uzadılması isə əruz qəliblərindəki uzun hecaların yerini doldurmağa demək olar ki, kifayət edir. Yəni, əruzda dilimizin fonetikasına zidd olaraq saitlərin sözün əvvəl və orta hecalarında süni uzadılmasına yol verməmək də mümkündür.İkincisi, saitlərin məcburi uzadılması (hətta sözün orta hecalarında) türk dilinin doğma vəzni hesab olunan heca vəznində də baş verir. Heca vəznində uzun və qısa hecaların dəyişməz ardıcıllığı olmasa da, onların (uzun və qısa hecaların) sayının təqribi bərabərliyi – balansı tələb olunur (amma nədənsə elmdə bu amilə diqqət yetirilmir). Əks halda şeir deyilişi pozular və danışıqdan fərqlənməzdi. Yəni, məsələn, heca vəznində olan misranın bütün hecalarını uzun və ya qısa hecalardan ibarət təsəvvür etmək mümkün deyil. Bəs misrada uzun hecalar azlıq təşkil etdiyi halda heca vəznindəki bu balans necə təmin edilir? Burada da əruz vəznində olduğu kimi uzun hecaların yerini ərəb sözlərindəki uzun hecalar və ya türk sözlərində saitlərin məcburi uzadılması doldurur. Məsələn, təmiz türkcəmizdə olan xalq ba-yatısından “Bağa girdim üzümə” misrasını götürək. Bu misradakı 7 hecadan 2-si (“gir” və “dim”) uzun (əslində “dim” hecasındakı “m” samiti “üzümə” sözü ilə birləşdikdə cəmi bir uzun heca (“gir”) qalır), digər 5-i isə qısadır. Ona görə də təqribi bərabərliyin təmin olunması üçün (fərqin minimuma enməsi üçün) şeir deyilişində “bağa” sö-zündəki sonuncu saitin (“a”) və “üzümə” sözündəki ikinci hecanın saitinin (“ü”) məcburi uzanması baş verir. Burada hətta “üzümə” sözünün misrada yerini necə dəyişdirsək də uzanmanın son hecaya salınması mümkün olmur və şifahi nitqimizin fonetikasına zidd olaraq bu sözdə ortadakı sait uzadılır. Bu cür hallar heca vəznində kifayət qədər baş verir, bununla belə, heca vəzninin dilimizin qaydalarını pozduğunu indiyə qədər heç kim deməyib və bu kimi hallar tam normal qəbul olunur. Lakin, belə halların əruzda baş verdiyini müşahidə etdikdə əruzu dilimizə yad hesab edirlər. Halbuki, əruzda heca vəznindən fərqli olaraq bu kimi sözləri misranın elə yerinə salmaq olar ki, saitlərin sözün əvvəl və ya ortasında məcburi uzanmasi baş verməz.Qeyd etdiyimiz misalda çox maraqlı bir fakta diqqət yetirək. “Bağa girdim üzümə” misrası təsadüfən əruz vəzninin Rəməl-10 (Fə’ilAtün fə’ilün) qəlibinə də tam uyğun gəlir və misranı bu qəlibdə oxuduqda bir və ya iki sait uzana bilər. Belə ki, “girdim” sözündəki “m” samitini “üzümə” sözü ilə birləşdirdikdə hər iki sözdəki son saitlər, birləşdirmədikdə isə yalnız “üzümə” sözündəki son sait uzanır. Göründüyü kimi, hər iki halda məhz sözün sonuncu hecasında olan sait uzanır ki, bu da danışıq dilimizin fonetikasına o qədər də zidd deyil. Halbuki, bu heca vəznində mümkün olmamışdı. Yəni, eyni misranı heca vəznində oxuduqda dilimizin qaydaları pozulduğu halda, əruz vəznində oxuduqda pozulmur. Bu fakt bir daha təsdiq edir ki, əruz heç də dilimizə yad vəzn deyil və əslində türkcədə əruz yaratdıqda saitləri sözün əvvəl və ya ortasında süni surətdə uzatmağa yol verməmək də mümkündür, çünki, öncə qeyd etdiyimiz kimi əruzda uzun hecaların yerini doldurmaq üçün qapalı hecalar və sözlərin sonuncu saitinin uzadılması kifayət edir.Bundan başqa, əruzda uzun heca problemini türkcəyə uyğun (uzun hecaları həddən çox olmayan) qəliblərdən istifadə etmək və dilimizə uyğun yeni qəliblər yaratmaq yolu ilə də həll etmək olar.Bəs klassik ədəbiyyatımızda, zəruri deyildisə, dilimizin fonetikasına zidd bu ənənələrin (saitlərin türk sözlərinin əvvəl və orta hecalarında uzadılması və əcnəbi sözlərdən həddən çox istifadə) yaranması nə ilə əlaqədar olmuşdur? Bunu onunla izah etmək olar ki, heca vəznindən fərqli olaraq əruzda dəyişməz ritmik ardıcıllıq zəruri şərt kimi qəbul olunduğundan əruz vəznində şeir yazmaq imkanları heca vəzni ilə müqayisədə məhduddur. Bu dildən asılı olmayaraq belədir və istənilən halda əruzda qısa hecaları süni surətdə uzatmaq və ya əksinə, uzun hecaları süni surətdə qısaltmaq, həmçinin, əcnəbi sözlərdən istifadə etmək həmin məhdudiyyəti müəyyən qədər aradan qaldırır və şeir yazmaq imkanlarını genişləndirir. Bəzən isə türk sözlərində saitin uzadılması (məs., “qara”ya “qarə”, “yara”ya “yarə” və s. deyilməsi) həmin sözləri bir çox əcnəbi sözlərlə (məs., çarə, işarə və s.) qafiyələndirmək üçün edilmişdir (bu heca vəznində də ola bilər). Aydındır ki, əruzda “qara”, “yara”, “ara” və s. bu kimi türk sözlərini misranın elə yerinə salmaq olar ki, saitlərdə heç bir məcburi uzanma baş verməz. Məsələn: Öyünmə çox gözəlim, çox da gözlərin qaradır,Təbiətin işidir, gündə min gözəl yaradır! Ə. Vahid Müctəs-2 qəlibində yazılmış bu beytdə “təbiət” sözündən başqa bütün sözlər təmiz türk sözləridir və bu sözlərdə heç bir sait uzadılmamışdır.Bu gün də əruzda türkcəmizə yad ünsürlərə mümkün qədər az yol verilməlidir, hətta buna yol vermək əruzda şeir yazmaq imkanlarını genişləndirsə belə. Sevindirici haldır ki, yeni dövr Azərbaycan ədəbiyyatında əruz vəznində olan şeirlərdə dilimizə yad ünsürlərə az yol verilir və əsasən təmiz türkcədə yazılır. Təmiz türkcə-mizdə olan əruz isə daha gözəl səslənir.Əruzun dilimizə yad olmadığını təsdiq edən amil-lərdən biri də dilimizdə rast gəldiyimiz bir çox ünsürlərin ənənəvi əruz ritmlərinə uyğun olmasıdır. Məsələn, dilimiz-də müəyyən səsləri ifadə edən “tappa-tarap” “tappa-tap” ,”tarappa-tarap”, ”şaqqa-şaraq”, “şaqqa-şaq”, “şaraqqa-şaraq” və s. kimi xeyli söz var. Bu ifadələrin ritmi (yəni, orada olan uzun və qısa hecaların ardıcıllıq forması) geniş yayılmış bir çox əruz təfilələrinin (müftə’ilün, fA’ilün, müfA’ələtün) və ya onların elementlərinin müəyyən birləşmələrinin (...İlü məfA..., ...tün fəilA...) ritminə tam uyğundur. Demək olar ki, bütün əruz qəliblərini xalq dilində işlənən bu cür ifadələrlə düzəltmək mümkündür. Təsadüfi deyil ki, görkəmli əruzşünasımız Əkrəm Cəfər əruzun öyrənilməsində çoxsaylı lazımsız terminlərdən imtina etmək ideyası ilə çıxış etmiş və əruz qəliblərinin cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsi ilə ifadəsini vermişdir (1).Bəs əruz hansı dillərə uyğun deyil? Bir çox dillərdə (rus, ingilis və s.) ardıcıl iki və daha çox samitlə başlayan hecalara malik sözlər (məs., “справедливость”, “square” və s.) vardır ki, bu sözlərin ritmik cəhətdən aydın heca bölgüsü yoxdur və onları əruz qəliblərinə oturtmaq mümkün deyil. Əruz ilk növbədə belə dillərə yaddır.Əruz vəzni və Azərbaycan xalq musiqisi. Öncə onu qeyd edək ki, xalq musiqimizdə ritm məsələləri az araşdırılmışdır. Xalq musiqimiz haqqında yazılan əksər kitablarda ritm məsələlərinə çox az yer ayrılır. Xalq musiqimizin ritmləri ilə əruz ritmləri arasında olan yaxınlığa isə ümumiyyətlə toxunulmur. Bəlkə də bu musiqişünasların çoxunun əruz vəznini bilməməsindən irəli gəlir. Halbuki, əruzu öyrənmək musiqi nəzəriyyəsini öyrənməkdən qat-qat asandır. Folklorumuzdakı ritmlərlə əruz qəliblərinin yaxınlığı məsələsinə qismən gənc tədqiqatçı Aytac Rəhimovanın kitabında (4) toxunulmuş-dur. Bu kitabda bəzi əruz qəliblərindəki ritmlərin notlarla yazılışı verilmiş və onların meyxana və xalq şeiri nümunələrindəki ritmlərə yaxınlığı göstərilmişdir. Lakin, yanlış olaraq bu yaxınlıq “əruzun təsiri” kimi qiymət-ləndirilmişdir. Əslində isə, bu ünsürləri əruzdan xəbərsiz xalq özü yaratmışdır. Kitabda xalq musiqimizin digər ünsürləri olan xalq mahnıları, aşıq havaları və oyun havalarındakı ritmlərin əruz ritmlərinə yaxınlığı məsələsinə isə toxunulmamışdır. Bildiyimiz kimi xalq musiqimizin 4 böyük qolu var: Muğam, aşıq musiqisi, xalq mahnıları və oyun havaları. Muğamın şeir mətni həm heca, həm də əruz vəznində olduğu halda, aşıq musiqisi və xalq mahnılarının şeir mətni yalnız heca vəznində olur. (Oyun havaları isə yalnız instrumental musiqidir, yəni sözləri yoxdur). Təəssüflər olsun ki, bu amili əksər musiqişünaslar və filoloqlar düzgün qiymətləndirməyərək aşağıdakı yanlış nəticələrə gəlirlər:1. Əruz vəzni xalq musiqimizə yaddır, çünki, aşıq havalarının və xalq mahnılarının şeir mətni heca vəznindədir.2. Muğam da bizə gəlmə sənətdir, çünki, muğam musiqisi bizə yad olan əruz üzərində qurulub.Yuxarıda qeyd etdiyimiz kimi, şeirə tətbiq olunan dəqiq əruz qaydaları xalq yaradıcılığının yox, fərdi yaradıcılığın məhsuludur və onsuz da heç bir xalqın şifahi yaradıcılığında əruzdakı ritmik dəqiqlikdə şeir ölçüsü ola bilməz. Yəni, əruz sistemindəki dəqiqlik onsuz da şifahi xalq yaradıcılığına xas deyil. Ona görə də, aşıq hava-larının və xalq mahnılarının xalq şeiri formalarına əsaslanan mətninin heca vəznində olması tam normaldır və bu əruz vəzninin bizə yad olmasını deməyə əsas vermir. Əruz vəzninin hansısa xalqın musiqisinə yad olub-olmamasını isə, bu vəznin qeyri-dəqiq də olsa müəyyən elementlərinin həmin xalqın musiqisində olub-olmaması ilə müəyyən etmək olar. Xalq musiqimizin ritmik əsasları məsələsinə ayrı-ayrı kitablarda (4, 5, 7, 10, 11, 14, və s.) toxunulmuşdur. Xalq musiqimizin bu tədqiqatlarda qeyd olunan əsas ritmik vahidləri ənənəvi əruz təfilələrinə (müftə’ilün, məfA’ilün və s.) uyğundur. Ümumiyyətlə, xalq musiqimizin ritmləri ilə əruz qəlibləri arasındakı yaxınlığı praktiki olaraq da görmək o qədər də çətin deyil. Aşıq havaları, xalq mahnıları və oyun havalarının ən orijinal nümunələrinə diqqət yetirsək, əruz vəznində olan müəyyən elementləri həmin nümunələrdə görmək olar. Məsələn, aşıq havalarından “Yanıq Kərəmi”, “Kərəm Gözəlləməsi”, “Ovşarı” və b. havaların, oyun havalarından “Tərəkəmə”, Vağzalı” və b. havaların əsas parçalarının ritmik quruluşu, həmçinin nağara ritmlərindən “Qaytağı”, “Üç badam bir qoz” ritmlərinin quruluşu Səri-2 qəlibinə (Müftə’ilün müftə’ilün) uyğundur. Aşıq havalarından “Dübeyti” və b. havaların (instrumental variantının) ritmik quruluşu Rəməl-9 qəlibinə (Fə’ilAtün fə’ilAtün) uyğundur. Hətta aşıq havalarının ritmik quruluşu ilə əruz qəlibləri arasındakı yaxınlığı hiss edən bəzi saz ifaçıları son vaxtlar aşıq havaları üstündə əruz vəznində olan qəzəllər də oxuyurlar. Məsələn, “Gəraylı” aşıq havası üstündə M.Füzulinin “Usanmazmı” qəzəlininin oxunduğunun və burada gözəl söz-musiqi vəhdətinin şahidi olmuşuq. Doğrudan da “Gəraylı” aşıq havasının ritmik quruluşu (Fə’ilAtün fA’il fA’il) ilə qeyd olunan qəzəlin ritmik quruluşu (MəfA’İlün məfA’İlün) arasında tam eynilik olmasa da yaxınlıq var. “Bəri bax” xalq mahnısının ritmik quruluşunun Mün-sərih-1 qəlibinə tam uyğunluğunu görə bilərik: Pəncərədən daş gəlir ay bəri bax, bəri baxMüftə’ilün fA’ilün müftə’ilün fA’ilün “Ay gedən oğlan” xalq mahnısının aşağıdakı parçasının ritmik quruluşu Səri-1 qəlibinə tamamı ilə uyğundur: Ay gedən oğlan hil olum boynunaMüftə’ilün müftə’ilün fA’ilün Bu misalların sayını artırmaq da olar. Bəzən bunları da, yəni folklorumuzda əruza yaxın nə varsa hamısını yanlış olaraq, sonradan “əruzun təsiri” nəticəsində yarandığını iddia edirlər (4). Əslində isə, bu belə deyil. Birincisi, bu orijinal folklor nümunələrinin çoxunun yaranma tarixi əruzun yaranma tarixindən qədimdir. Digər tərəfdən, ərəb müəlliflərinin yaratdığı və əsasən elitar dairədə işlədilən, öyrənilməsi də çətin olan ritmik sistemin folklorumuza bu qədər güclü təsir etməsi o qədər də ağlabatan deyil. Hər halda, dilimizdəki və xalq musiqimizdəki bu ritmləri əruzdan xəbərsiz xalqımız özü yaratmışdır.Muğam musiqisinin “əruz üzərində qurulması” mə-sələsinə gəldikdə, birincisi, onu qeyd edək ki, muğamın yaranma tarixi əruzun yaranma tarixindən çox-çox qədimdir (15) və muğam şifahi ənənəli professional musiqi kimi yalnız əruzla məhdudlaşan ritmik sistemə sığacaq sənət deyil. Əruz vəzni muğama sonradan bir ənənə kimi daxil olmuşdur.İkincisi – muğamda əruz vəznində olan şeirlər təs-niflər istisna olmaqla, bəhrsiz (qeyri-ritmik) musiqiylə oxunur (6). Ritmsiz musiqinin isə əruzla yaxınlığından söhbət gedə bilməz. Çünki, əruz yalnız ritmlə müəyyən olunur (ritmik hadisədir). Ritmsiz vakal muğam musi-qisində ritmik cəhətdən şeir musiqiyə yox, musiqi şeirə tabe olduğundan eyni muğamda müxtəlif əruz bəhrlərində, həmçinin heca vəznində olan şeirlər oxuna bilir. Yəni, bəhrsiz musiqidə şeir vəznindən istifadə baxımından sərbəstlik var. Çünki, bəhrsiz musiqi üzərində hansı sözlər oxunsa, musiqi həmin sözlərin ritminə tabe olur. Deməli, muğam musiqisinin “əruz üzərində” qurulduğunu demək tamamı ilə yanlışdır. Onu da qeyd edək ki, müasir xanəndələrin çoxu əruzu yaxşı bilmədiklərindən oxuyarkən əruz qaydalarını pozurlar, amma muğam mağamlığında qalır. Mətni əruz vəznində olan təsniflərə gəldikdə, bu təsniflər məhz əruz vəznində olan şeirlərə sonradan bəstələnmişdir. Digər ritmik muğam nümunələri (digər təsniflər , diringilər və s.) isə xalq mahnıları, aşıq havaları və oyun havalarına yaxın olduğundan, həmin muğam nümunələrində də əruz ritmlərinə yaxın ritmlərə rast gəlmək olar.Bir sözlə desək, muğam əruz demək deyil, sadəcə, əruz gözəl ahəngə, ritmə malik olduğundan, həmçinin “elitar vəzn” hesab edildiyindən muğamda ondan istifadə bir ənənəyə çevrilmişdir.Onu da qeyd edək ki, əruz qəliblərinə məxsus ritmik vahidlər (xüsusən mütəfA’ilün, müfA’ilAtün, müftə’ilAtün kimi beşliklər) müasir Türkiyə estradasının sözləri və musiqisində geniş yer tutur. Halbuki, müasir ərəb mahnılarında əruz ritmlərinə o qədər də rast gəlmirik. Əruz vəzni və meyxana. Folklorumuzun unikal nü-munələrindən olan meyxanaya da zaman-zaman yanlış baxış formalaşmışdır. Belə ki, meyxananı da yanlış olaraq birbaşa əruzla bağlayırlar. Düzdür, meyxanada da digər folklor nümunələrində olduğu kimi əruza məxsus ritmik elementlər var, lakin, bu elementləri “əruzdan keçmə” hesab etmək və ya buna görə meyxananın əruzdan yarandığını demək düzgün deyil, bu ritmik elementləri əruzdan asılı olmayaraq xalq özü yaratmışdır. Çünki, birincisi, bu gün “meyxana” adı ilə tanınan ritmik musiqiylə bədahətən söz demə (bu aşıq sənətində də var) sənətinin tarixi əruzun yaranma tarixindən xeyli qədimdir. Digər tərəfdən, məlumdur ki, klassik mey-xananın şeir forması misrası 4-4-3 bölgüsündə olan qoşma, bəzən də 4-4 bölgülü gəraylıdır. Bu şeir formaları isə türk xalq yaradıcılığlının məhsuludur. Meyxananın qeyd olunan bölgülərdə özünə məxsus ritmi və musiqisi (bu müsiqi bəzi ritmik aşıq havalarının musiqisinə yaxındır) var. Əruz vəzninin səri-1 (müftə’ilün müftə’ilün fA’ilün) və səri-2 (müftə’ilün müftə’ilün) qəlibləri də 4-4-3 və 4-4 bölgülərində olduğundan, həmin bölgülərdə ritmlə deyilən meyxana (həmçinin, bəzi ritmik aşıq havaları: “Cəlili”, “Şəşəngi”, “Müxəmməs” və s.) səri bəhrinə oxşayır, lakin səri bəhri demək deyil. Fərq ondan ibarətdir ki, meyxanada (həmçinin, həmin aşıq havalarında oxunan şeirlərdə) uzun və qısa hecaların misradakı ardıcıllıq formulu əruzdakı kimi dəyişməz yox, sərbəstdir və bu sərbəstlik hətta musiqinin (meyxanada və aşıq havalarında) də ritmlərinə təsirsiz ötüşmür.Meyxanada sözlər bölgülərdə “parçalana” bilər. Bəzən meyxananın məhz bu xüsusiyyətinə görə onun əruza əsaslandığını deyirlər. Əslində isə, bu düzgün nəticə deyil. Belə ki, heca vəznində sözlərin bölgülərdə parça-lanmaması qaydası əsasən şeirin deyilişi üçün əhəmiyyət kəsb edir. Şeir ritmik musiqi ilə oxunduqda bölgü və ritm cəhətdən əsasən musiqiyə tabe olur və ümumiyyətlə şeirin deyiliş bölgülərinin əhəmiyyəti itir. Sözlərin musiqi bölgülərində parçalanması isə normal haldır. Yəni, əgər musiqi bölgüləri heca vəzninin bölgülərindən fərqlənirsə, sözlər musiqinin bölgülərində parçalanır və bu heç də xəta sayılmır. Məsələn, 4-4-3 bölgüsündə olan ritmik aşıq havaları (Cəlili, Şərili və s.) üstündə 6-5 bölgülü şeirlər də oxuna və sözlər musiqinin bölgülərində parçalana bilər.Bəzən elə xalq mahnılarına (“Qaragilə”, “Gəl, gəl, gözəl yar” və s.) rast gəlirik ki, onların sözlərini musiqisiz, şeir kimi dedikdə heç bir şeir ölçüsünə uyğun gəlmir. Həmçinin, elə aşıq şeiri nümunələrinə rast gəlirik ki, misraların bölgüləri biri-birindən fərqlənir və ya sözlər bölgülərdə parçalanır. Bu onunla əlaqədardır ki, həmin xalq mahnılarının və aşıq şeirinin sözləri musiqi üstündə, yalnız musiqi ilə oxunmaq üçün yaranmışdır. Meyxana da ritmik musiqi ilə deyildiyindən orada sözlərin bölgülərdə parçalanması normaldır və bunu əruzla əlaqələndirmək olmaz.Onu da qeyd edək ki, heca vəzninin 7 (4-3) və 8 (4-4) hecalı nümunələrində sözlərin bölgülərdə parçalanması nəinki musiqi ilə oxunduqda, hətta şeir deyilişində də tam normaldır.O ki qaldı meyxanada əruz qəliblərindən istifadə olunmasına, bu sonradan bir ənənə kimi meydana çıxmışdır. Burada isə, təbiidir ki, əruzun tələblərinin dəqiqliklə gözlənilməsi mümkün deyil, çünki, şifahi sənətdir. Fikrimizcə, bədahətən deyilən meyxanada çətin əruz qəliblərindən istifadəyə çox yer vermək lazım deyil, çünki, bu zaman mənalı söz demək imkanı bir az da məhdudlaşır. Meyxananın inkişafında isə əsas məsələ formal amil olan vəzn yox, mənalı söz demək olmalıdır.Bəzi əruz qəliblərindən qeyri-dəqiq istifadəyə Aşıq şeirində də rast gəlirik. Əsasən rəməl-6 qəlibi üzərində yazılmış 15 hecalı həmin aşıq şeirlərində (divani, müxəmməs və s.) də meyxanada olduğu kimi ritmik ardıcıllıq dəqiqliklə gözlənilmir, yəni, yarı əruz, yarı heca vəznində olur. Məsələn: Yatmayıb sübhə qədər çəkirəm nalə, hardasanSalıbdır eşqin məni sonam, məlalə hardasan... Və ya: Dolanıb bu aləmi başqa diyar axtarıram,Deməyə dərdlərimi yoxdur dildar, axtarıram,İçmişəm badəsini bu çərxi dönmüş fələyin,Olubdur dünya mənim başıma dar axtarıram. M. Daşqın Lakin təmiz əruzda yazmış aşıqlarımız (Qurbani, Aşıq Valeh, Aşıq Ələsgər və s.) da olmuşdur.Təqdirəlayiq haldır ki, son vaxtlar klassik janrlarda (qəzəl, müxəmməs və s.) şeirlər yazan gənc mey-xanaçıların əksəriyyəti onu təmiz əruzda yazırlar. Əvvəllər isə, əksər meyxanaçılar yazdıqları şeirləri də əruz üstündə dedikləri bədahətən meyxanalarda olduğu kimi qeyri-dəqiq vəzndə (yarı əruz, yarı heca vəznində) yazırdılar.Əruz vəzni və rep. Bəzən repi səhvən “Bəhri-təvil”lə eyniləşdirirlər. Düzdür, ardıcıl, fasiləsiz deyilməsi baxı-mında onlar arasında oxşarlıq var, amma ritmik quruluş, yəni, uzun və qısa hecaların ardıcıllıq forması fərqlidir. Bildiyimiz kimi, “Bəhri-təvil” (“Sonsuz dərya”) “Fə’ilAtün” təfiləsinin ardıcıl təkrarından ibarətdir, qafiyələnmə isə daxili olmaqla sərbəstdir. Bu bir növ əruz vəznində olan sərbəst şeirdir. Bəhri-təvil Azərbaycan ədəbiyyatında meydana çıxmışdır. Təfiləyə nəzər salsaq görərik ki, uzun və qısa hecaların sayı biri-birinə bərabərdir. Repdə isə qısa hecaların çoxluq (3-5 dəfə və daha çox) təşkil etməsi tələb olunur və eyni zamanda uzun və qısa hecaların dəyişməz ardıcıllıq formulu yoxdur. Göründüyü kimi repi “Bəhri-təvil”lə eyniləşdirmək doğru deyil.Yeri gəlmişkən, onu qeyd edək ki, repdə əruzdakının əksinə olaraq qısa hecaların çoxluğu tələb olunduğu halda, qəribədir ki, repçilər rep deyərkən saitləri türk sözlərinin əvvəl və ya orta hecalarında süni surətdə uzadırlar. Bu isə çox anormal səslənir. Bu hal yəqin ki, repçilərin rusdilli olmasından irəli gəlir. Belə ki, rus dilində vurğulu açıq hecalarda hamişə sait uzadılır. Türkcəmizdə isə, vurğulu açıq hecada belə sait uzanmır. Rusdilli repçilər isə, bu zaman məhz rus fonetikasının qaydalarından çıxa bilmirlər və türk sözlərində də vurğulu açıq hecalarda (hətta bəzən “məni”, “səni” kimi sözlərin əvvəlində gələn vurğusuz açıq hecalarda) saiti uzadırlar. Bu hala rusdillilərin şifahi nitqində də həmişə rast gəlirik.Əruz vəzni və Azərbaycan bəstəkarlığı. Azərbaycan bəstəkarlarının əruz vəznində olan şeirlərə bəstələdikləri musiqilər kifayət qədər çoxdur. Dahi bəstəkarımız Ü. Ha-cıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları, həmçinin, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və b. operalarında bir çox parçalar birbaşa əruz şeirinə bəstələnmiş, əruz ritmləri üzərində olan musiqilərdir. Həmçinin, görkəmli bəstəkarımız Süleyman Ələsgərovun M. Füzulinin “Pəmbeyi daği cünun içrə nihandır bədənim” qəzəlinə bəstələdiyi romans, “Gözlə məni” və b. əsərləri əruz qəlibləri üstündə bəstələnmişdir. Bu misalların sayını artırmaq da olar.Bundan başqa, muğam dəstgahlarında oxunan bir çox təsniflər də məhz əruz vəznində olan şeirlərə (əsasən qəzəllərə) ustad xanəndələr tərəfindən bəstələnmiş mahnılardır ki, onlar da tamamı ilə əruz ritmləri üzərindədir. Məsələn, “Gülşəndə fəda eylər ikən bülbülü-şeyda” şeirinə bəstələnmiş şur təsnifi, M. Füzulinin “Usanmazmı” qəzəli üstündə oxunan segah təsnifi və s.Beləliklə, əruz vəzninin dilimizə və folklorumuza uyğun olması, bu vəznin bizə doğma olduğunu deməyə əsas verir. Deməli, bu vəzn şeirimizdə yaşadılmalı, dilimizin qanunlarına və musiqimizə uyğun olaraq inkişaf etdirilməlidir. X. İ. Əhməd sisteminin öyrənilməsinin çətinliyi nədədir? Xəlil İbn Əhməd ərəbcə “fə’ələ” feilindən yaranan müxtəlif ifadələri (FA’ilAtün, MəfA’İlün, Müftə’ilün və s.) “təfilələr” kimi qəbul etmiş və bu təfilələr vasitəsiylə əruz vəzninin müxtəlif qəliblərini yaratmışdır. O, yarandığı əsli təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaş-dırmışdır. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən etmişdir. Azərbaycan şeirində əruzun 12 bəhrindən və yüzlərlə qəlibindən istifadə edilir. Həmin qəliblərdən bir çoxu X. İ. Əhməddən sonra yaradılmışdır. Həmçinin, Azərbaycan əruzunda “Bəhri-təvil” (“Sonsuz dərya”) adlanan sərbəst şeir forması yaranmışdır. Fikrimizcə, X.İ.Əhmədin əruz vəznini bəhrlərə ayırması ritmik quruluşdan daha çox formal amillərə əsaslanmışdır. Yəni, əruz vəznində elə qəliblərə rast gəlirik ki, həmin qəliblər başqa bəhrdən olan qəliblərə eyni bəhrdən olanlardan ritmik cəhətdən daha yaxındır, baxmayaraq ki, eyni bəhrin qəlibləri eyni əsli təfilələrdən yaranmışdır. Bu əruzun öyrənilməsini çətinləşdirən cəhətlərdəndir.Əruz vəzni əsasən iki ünsür – uzun və qısa heca ilə müəyyən olunduğu halda, X. İ. Əhməd çoxsaylı (60-dan çox) təfilələrdən istifadə etmiş, bu təfilələrin “yaranması” ilə bağlı müxtəlif lazımsız anlayş və terminlər (“zihaf”lar, “əsli” və “törəmə” təfilələr və s.) müəyyən etmişdir. Bütün bunlar isə əslində o qədər də qəliz və mürəkkəb olmayan əruz sisteminin öyrənilməsini süni surətdə çətinləş-dirmişdir. Görkəmli əruzşünasımız Əkrəm Cəfər də bu cəhəti xüsusi qeyd etmişdir (1).X. İ. Əhməd təfilələrində uzun heca iki formada – həm qapalı heca kimi (məsələn, “tün”, “lün” və s.), həm də saiti uzadılan (əlifbamızda böyük hərflə və bəzi hallarda apastrofla yazılan) açıq heca (məsələn, “fA”, “lA”, bəzən fə’ və s.) ilə ifadə olunur. Halbuki, onu bir formada da ifadə etmək olardı. Bu da əruzun öyrənilməsini çətinləşdirən amillərdəndir. Burada təbii ki, ərəb fone-tikasının və əlifbasının da təsiri olmuşdur.Əruzun öyrənilməsini çətinləşdirən amillərdən biri də əruz misralarında guya heca sayının əhəmiyyətsiz olması fikrinin tez-tez səslənməsidir ki, bu da vəzni öyrənmək istəyənlərin fikrini azdırır. Əruz misralarında heca sayının əhəmiyyətsiz olması fikri başqa dillər (ərəb, fars və s.) üçün bəlkə də məqbul ola bilər. Lakin, həmin fikri Azərbaycan əruzu üçün də təkrarlamaq qətiyyən doğru deyil. Çünki, dilimizin fonetikası həmin dillərinkindən fərqlidir. Azərbaycan əruzunda misradakı hecaların sayının əhəmiyyəti var və həmin hecaların sayı ümumi halda bütün misralarda bərabər olur. Yalnız xüsusi hallarda hansısa misradakı heca sayı fərqli (əsasən az) ola bilər. Həmin xüsusi hallar aşağıdakılardır:1. Bəzi ərəb və fars mənşəli sözlərdə (məsələn, eşq, zövq, lütf, aşkar və s.) bir uzun hecanın, əruz qəlibindəki iki heca (bir uzun və bir qısa) yerində işləndiyi hallar. Azərbaycan əruzunda bu halda həmin sözlərin sonuna hərflə yazılmayan sait səs (“i”,”ü” və s.) artırılır. Məsələn: eşq–“eşqi”, zövq – “zövqü”, aşkar–“aşkarı” və s. Unutmaq lazım deyil ki, bu hal heca vəznində də baş verə bilər. Məsələn, heca vəznində olan “Eşqdir mehrabı uca göylərin” misrasında birinci söz “eşqidir” kimi dələffüs olunur və heca sayı 11-ə bərabərləşdirilir. Əruz və heca vəznlərində sözlərdəki bu cür hecaları elə bir heca yerində də işlətmək mümkün olduğundan bu xüsusi hala mümkün qədər şeirdə yer verməmək məqsədəuyğundur. Çünki, bu hal dilimizin qanunlarına uyğun deyil.2. Ardıcıl gələn iki uzun hecanın əruz qəliblərindəki üç heca (qısa-qısa-uzun) yerində işlənməsi. Bu hal əsasən əruz misrasının sonunda baş verir. Məsələn: “Vətəni sevməyən insan olmaz” misrasında “ol-maz” hecaları üç heca yerində işlənir. Bu zaman həmin hecalar ləng və sanki, “o-lu-maz” kimi tələffüz olunur.Əruzun X. İ. Əhməd təfilələriylə öyrənilməsinin çətin-liklərindən biri də ondan ibarətdir ki, bəzi əruz qəliblərində təfilələr Azərbaycan əruzunun bölgülərinə praktiki olaraq uyğun gəlmir (belə hallarda sadələşdirilmiş qəliblərin bölgülərini iki variantda vermişik). Düzdür, əruz vəznində bölgünün əhəmiyyəti yoxdur və əsas şərt uzun və qısa hecaların ardıcıllıq formulunun gözlənilməsidir. Lakin, bununla belə, əruz qəliblərinin asan mənimsənilməsi baxımından onların necə bölgülənməsinin də əhəmiyyəti var. Əruz qəliblərini necə sadələşdirmək olar? Öncə qeyd etmişdik ki, Əkrəm Cəfər əruz qəliblərinin cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsi ilə ifadəsini vermişdir (1). Lakin, hesab edirik ki, 6 ünsür də çoxdur, çünki, bu 6 ünsür özü də cəmi iki ünsürdən – uzun və qısa hecalardan düzəlmişdir. Elmdə bu növ hecaların şərti işarələri də qəbul olunmuşdur. Uzun hecalar - ”–”, qısa hecalar isə - “υ” işarəsi ilə göstərilir. Əruzda “ikiqat uzun heca” anlayışından da istifadə olunur. X. İ. Əhməd təfilələrindəki belə hecalar saiti böyük hərflə yazılan qapalı hecalarla (məs., “lAn”) ifadə olunur. Belə hecaların şərti işarəsi isə “~” kimidir. Əkrəmi qəliblərində bu növ heca “can” ünsürü ilə ifadə edilmişdir. Lakin, Azərbaycan əruzu üçün ikiqat uzun heca anlayışının qəbul olunmasına ehtiyac yoxdur. Çünki, Azərbaycan əruzunda ikiqat uzun heca uzun heca ilə demək olar ki, eyni əhəmiyyətə malikdir. Yəni, ikiqat uzun hecanı elə uzun heca kimi qəbul etmək olar. Deməli ən sadə əruz qəliblərini düzəltmək üçün mümkün qədər dilə yatımlı olan cəmi 2 qəlib ünsürü qəbul etmək kifayətdir. Bu ünsürlər “da” (qısa heca) və “dah” (uzun heca) ola bilər. Səslərin sayına görə də bu ünsürlər ən sadəsidir. Belə ki, bu ünsürlərdə minimum sayda səsdən (“d”, “a” və “h”) istifadə olunmuşdur. Buradakı “da” ünsüründə “a” saiti uzadılmamalıdır, çünki, qısa hecanı ifadə edir.Onu da qeyd edək ki, orta əsr şərq musiqişünas-lığında əruz qəliblərinə uyğun musiqi ritmlərinin nisbətən sadə “tən”, ”tə”, “tə-nən” kimi ünsürlərlə ifadəsi mövcud olmuşdur. (bax, Bədəlbəyli Ə, Musiqi lüğəti, Bakı-1969, səh.-61). Şeirdə isə nədənsə ən sadə əruz qəlibi ünsürlərindən istifadəyə rast gəlmirik. Ümumtürk əruzunun ilk tədqiqatçılarından olan Ə. Nəvai (1441-1501) və Z. M. Babur (1483-1530) da qəlib ünsürlərini sadələşdirməmiş, yalnız rüknləri (təfilə əmələ gətirən ilkin ritmik ünsürlər) fars və türk sözləri ilə ifadə etmişlər (2).Aşağıda Azərbaycan əruzunda işlədilən 76 əsas qəlibin X. İ. Əhməd təfilələriylə və qəbul etdiyimiz iki ünsür (“da” və “dah”) vasitəsiylə sadələşdirilmiş ifadəsi verilmişdir. Sadələşdirilmiş qəliblərdəki “-“ (tire) işarəsinin heç bir ritmik mənası yoxdur və yalnız qəliblərin asan oxunmasına xidmət edir. Sadələşdirilmiş qəliblərdə uzun hecalar (“dah”) seçilmək üçün qara hərflərlə verilmişdir.Burada Ə. Cəfərin kitabında (1) verilmiş nümunə və misallardan və başqa mənbələrdən istifadə etmişik. Həmin kitabda müəllif Azərbaycan əruzu bəhrlərinin 266 variantda 92 növünün siyahısını vermiş (bax, qeyd olunan kitabda səh. 362–370) və bu 266 qəlibin hər biri üçün Azərbaycan şeirində real misalların olduğunu qeyd etmişdir. Aşağıda verdiyimiz 76 qəlibdən 74-ünü həmin 92 növ qəlibindən əsas qəlib kimi seçmişik, qalan ikisini (həzəc-17 və həzəc-18) isə M. Ə. Sabirin şeirlərindən müəyyən etmişik. M. Ə. Sabir bu qəlibləri hər dəfə eyni şeirdə növbə ilə işlətmişdir. M. Ə. Sabirin bu qəliblərdən istifadə etdiyi cəmi üç şeirinə rast gəlmişik (bax, M.Ə.Sabir, Hophopnamə. Bakı, “Yazıçı”-1992, səh.-240, 274, 279). Ə. Cəfərin müəyyən etdiyi 266 variantda 92 növdən 74 qəlibi ona görə əsas qəlib kimi seçmişik ki, qalan bütün növ və variant qəliblərinin demək olar ki, hər biri, bu 74 qəlibdən yalnız birinci və ya sonuncu hecaya görə fərqlənən “törəmə” qəliblərdir. Daha dəqiq desək, “törəmə” qəliblər əsas qəliblərdən aşağıdakı xüsusiy-yətlərinə görə fərqlənirlər:- Fə’ilAtün (Dada-dahdah) təfiləsi ilə başlayan qəliblərdə birinci hecanın qısa əvəzinə uzun olması. Azərbaycan əruzunda bu halın eyni şeirdə baş verməsi bir qayda olaraq xəta syılmır. Məsələn, birinci hecası qısa olan rəməl-6 qəlibində yazılmış aşağıdaki beytdən bunu görmək olar: Pəmbeyi daği cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm kəfənim. M. Füzuli - Qəlibin sonuncu hecasının uzun əvəzinə qısa olması. Sonuncu hecanın uzun və ya qısa olmasının əruzda o qədər də əhəmiyyəti yoxdur. Belə ki, əruzda misranın sonuncu hecası bir qayda olaraq uzun heca olur, hətta sununcu heca uzanmayan açıq heca olduqda belə o, uzun heca yerində işlənə bilir. Məsələn: sonuncu hecası uzun olan Həzəc-8 qəlibində yazılmış aşağıdaki nümunədən bunu görmək olar: Zülfün götür üzdən dedim, ol məh şəkə düşdü Ə. Vahid- Qəlibin (və ya yarımqəlibin) sonuncu hecasının uzun əvəzinə ikiqat uzun heca olması. Öncə qeyd etdiyimiz kimi, Azərbaycan əruzunda “ikiqat uzun heca” elə “uzun heca” ilə eyni əhəmiyyətə malikdir. Ona görə də bu fərqın də Azərbaycan əruzunda əhəmiyyəti yoxdur.- Qəlibin sonunda iki qısa, bir uzun heca (da-da-dah) əvəzinə iki uzun (dah-dah) hecanın işlənməsi; Bu halın da eyni şeirdə baş verməsi bir qayda olaraq xəta sayılmır. Məsələn: Hər vilayətdə var beş on kəsəbə,Əlli min seyyidi-axund, tələbə.Əlli min dərviş, əlli min sail,Əlli min hoqqabazi-nağabil. S. Ə. Şirvani Göründüyü kimi, “törəmə” qəlibləri əsas qəliblərdən fərqləndirən elementlərin Azərbaycan əruzunda o qədər də əhəmiyyəti yoxdur və həmin fərqlərin eyni şeirdə mövcud olması bir qayda olaraq xəta sayılmır. Ona görə də, Azərbaycan əruzunda aşağıda sadələşdirilmiş variantda verdiyimiz 76 qəlibdən başqa qalan qəliblər əslində müstəqil qəlib kimi yox, əsas qəliblərlə qarışıq (eyni şeirdə) işlədilir.Onu da qeyd edək ki, Əkrəm Cəfərin qeyd olunan kitabı (1) 1977-ci ildə çap olumuşdur. Lakin, həmin ildən bu günə qədər də Azərbaycan əruzunda yeni qəliblər yaranmamış deyil. Buna misalı bir qədər sonra görəcəyik.Ümumiyyətlə, yeni yaranmış qəliblərin müəyyən olunması gələcək tədqiqatların mövzusu ola bilər.Aşağıda təqdim etdiyimiz 76 əsas qəlibin bir neçəsinə real misal tapmadığımızdan həmin qəliblər üçün şərti misallar yazmışıq. Əruz vəzninin Azərbaycan şeirində işlənənbəhrlərinin sadələşdirilmiş qəlibləri Həzəc bəhri 1. MəfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün Dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah Misal: Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər İ. Həsənoğlu 2. MəfA’İlün məfA’İlün fə’Ulün Dadah-dahdah dadah-dahdah da-dahdah Misal: Cənabından səva yoxdur gümanı X. B. Natəvan 3. MəfA’İlün məfA’İlün Dadah-dahdah dadah-dahdah Misal: Şəbi-hicran yanar canımM. füzuli 4. MəfA’İlün fə’Ulün məfA’İlün fə’Ulün Dadah-dahdah da-dahdah dadah-dahdah da-dahdah Misal: Dəva dərdimə qılma ki, dərdin xoş davadırQ. Ə. Bürhanəddin 5. MəfA’İlün fə’Ulün Dadah-dahdah da-dahdah Misal: Könül hicrində qandırC. Rəmzi 6. MəfA’ilün məfA’ilün məfA’ilün məfA’ilün Dadah-dadah dadah-dadah dadah-dadah dadah-dadah Misal: Payız çağında hər səhər soyuq-soyuq külək əsərA. Səhhət 7. MəfA’ilün məfA’ilün Dadah-dadah dadah-dadah Misal: Baharın özgə hüsnü varƏ. Cəmil 8. Məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün Dah-dahda dadah-dahda dadah-dahda da-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-4-5 bölgüsü ilə: Dah dahda-dadah dahda-dadah dahda-dadahdah Misal: Aydanmı, Günəşdənmi yarandın, de, nədən sən?S. Vurğun 9. Məf’Ulü məfA’İlün məf’Ulü məfA’İlün Dah-dahda dadah-dahdah dah-dahda dadah-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-2-1-4-2 bölgüsü ilə: Dah dahda-dadah dahdah dah dahda-dadah dahdah Misal: Heç şəm ilə ram olmaz pərvanələriz bizlər Qövsi Təbrizi 10. Məf’Ulü məfA’İlün Dah-dahda dadah-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-2 bölgüsü ilə: Dah dahda-dadah dahdah Misal: Alqış sənə, ey zəhmətA. Şaiq 11. Məf’Ulü məfA’ilün fə’Ulün Dah-dahda dadah-dadah da-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-5 bölgüsü ilə: Dah dahda-dadah dadah-dadahdah Misal: Məcnun deyə tən edir xəlayiq M. Füzuli 12. Məf’Ulün fA’ilün fə’Ulün Dah-dah-dah dah-dadah da-dahdah Azərbaycan əruzuna daha uyğun olan 4-5 bölgüsü ilə: Dahdah-dahdah dadah-dadahdah Misal (şərti): Qurbandır hər şeyim vətənçün 13. Məf’Ulü məfA’İlü fə’Ulün Dah-dahda dadah-dahda da-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-5 bölgüsü ilə: Dah dahda-dadah dahda-dadahdah Misal: Neft olmasa işlərmi zavodlar M. Müşviq 14. Məf’Ulü məfA’İlün məf’Ulü fə’əl Dah-dahda dadah-dahdah dah-dahda da-dah Azərbaycan əruzuna daha uyğun olan 1-4-2-1-4 bölgüsü ilə: Dah dahda-dadah dahdah dah dahda-dadah Misal: Sövda ilə əqlimdir bir tac ilə sər Q. Bürhanəddin 15. Məf’Ulü fə’Ulün Dah-dahda da-dahdah Misal: Dəng oldu qulağım M. Ə. Sabir 16. FA’ilün məfA’İlün fA’ilün məfA’İlün Dah-dadah dadah-dahdah dah-dadah dadah-dahdah Və ya: Dahda-dahda dah-dah-dah dahda-dahda dah-dah-dah Misal: Söylədi gəlim qoy bir şurə mən də bülbül tək Ə. Raci 17. Məf’Ulü məfA’İlü məfA’İlü fə’əl Dah-dahda dadah-dahda dadah-dahda da-dah Azərbaycan əruzuna daha uyğun olan 1-4-4-4 bölgüsü ilə: Dah dahda-dadah dahda-dadah dahda-dadah Misal: Zahid yüyürür məscidə əcr almaq üçün M. Ə. Sabir18. Məf’Ulü məfA’ilün məfA’İlü fə’əl Dah-dahda dadah-dadah dadah-dahda da-dah Azərbaycan əruzuna daha uyğun olan 1-4-4-4 bölgüsü ilə: Dah dahda-dadah dadah-dadah dahda-dadah Misal: Jurnal, qəzetə çıxır ki, millət oxusun M. Ə. Sabir Rəməl bəhri 1. FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilAtün Dahda-dahdah dahda-dahdah dahda-dahdah dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-5 bölgüsü ilə: dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah-dah Misal: Şövqi-vüslət əldən aldı taqətü səbrü qərarın M. H. Səhhaf 2. FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün Dahda-dahdah dahda-dahdah dahda-dahdah dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-4 bölgüsü ilə: Dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah Misal: Sevgidir, yalnız məhəbbətdir həyatın gövhəri Ə. Vahid3. FA’ilAtün fA’ilAtün fA’ilün Dahda-dahdah dahda-dah-dah dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4 bölgüsü ilə: Dah-dadah dahdah-dadah dahdah-dadah Misal: Ey üzü gül, ləbləri mərcanımız İ. Nəsimi 4. FA’ilAtün fA’ilAtün Dahda-dahdah dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-5 bölgüsü ilə: Dah-dadah dahdah-dadahdah Misal: Gündə bir baş, gündə bir qan Ü. Hacıbəyli 5. Fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilAtün Dada-dahdah dada-dahdah dada-dahdah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-5 bölgüsü ilə: Dadadah dahda-dadah dahda-dadah dahda-dadahdah Misal: Sinə gərdim yağıya əzm ilə son hərbə girişdin S. Rüstəm 6. Fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün Dada-dahdah dada-dahdah dada-dahdah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-4 bölgüsü ilə: Dadadah dahda-dadah dahda-dadah dahda-dadah Misal: Daş ürəklərdə yanıb daşları sındırdı muğam B. Vahabzadə 7. Fə’ilAtün fə’ilAtün fə’ilAtün Dada-dahdah dada-dahdah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-4-5 bölgüsü ilə: Dadadah dahda-dadah dahda-dadahdah Misal: Bir ölümlə ayı mən göydə qapardım F. Qoca 8. Fə’ilAtün fə’ilAtün fə’ilün Dada-dahdah dada-dahdah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4 bölgüsü ilə: Dadadah dahda-dadah dahda-dadah Misal: Çevirib laylaya “can” kəlməsini M . Dilbazi 9. Fə’ilAtün fə’ilAtün Dada-dahdah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-5 bölgüsü ilə: Dadadah dahda-dadahdah Misal: Səni alqışlayır ümmət Ə. Nəzmi 10. Fə’ilAtün fə’ilün Dada-dahdah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4 bölgüsü ilə: Dadadah dahda-dadah Misal: Sənə coşmaq yaraşır S. Rüstəm 11. Fə’ilAtü fA’ilAtün fə’ilAtü fA’ilAtün Dada-dahda dahda-dahdah dada-dahda dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-4 bölgüsü ilə: Dadadah dadah-dadahdah dadadah dadah-dadahdah Misal: Nə üzüqaralıq etdim, mənə bu cəfa neçindir? S. Ə. Şirvani 12. Fə’ilAtü fA’ilAtün Dada-dahda dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-5 bölgüsü ilə: Dadadah dadah-dadahdah Misal: Vuracaq düz ortasındanB. Pünhan 13. Fə’ilAtü fA’ilün Dada-dahda dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 3-5 bölgüsü ilə: Dadadah dadah-dadah Misal: Bu nə novbahardırM. Ə. Ləli Mütədarik bəhri 1. FA’ilün fə’il fA’ilün fə’il Dah-dadah dadah dah-dadah dadah Azərbaycan əruzuna daha uyğun olan 5–5 bölgüsü ilə: Dahda-dahdadah dahda-dahdadah Misal: Səndən əl çəkib kəsməm ülfəti M. Ə. Ləli 2. FA’ilün fA’ilün fA’ilün fə’ Dah-dadah dah-dadah dah-dadah dah Misal: Elm ilə əqli təkmil edək biz Rza Zəki 3. FA’ilün fA’ilün fA’ilün fə’il Dah-dadah dah-dadah dah-dadah dadah Misal: Gövhərim, kövsərim, sağərim gözəl C. Rəmzi 4. FA’ilün fə’il Dah-dadah dadah Və ya: Dahda-dahdadah Misal: Olmur olmasın Ə. Nəzmi 5. FA’ilün fA’ilün fə’Ul fə’Ul Dah-dadah dah-dadah dadah dadah Misal: Tapmadım, tapmadım macal, macal H. M. Şükuhi 6. FA’ilün fə’il fA’ilün fə’il fA’ilün fə’il Dah-dadah dadah dah-dadah dadah dah-dadah dadah Azərbaycan əruzuna daha uyğun olan 5–5–5 bölgüsü ilə: Dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah Misal: Gül camalına düşsə toz əgər, qan olar könül M. Ə. Ləli 7. FA’ilün fə’il fA’ilün fə’il fA’ilün fə’il fA’ilün fə’il Dah-dadah dadah dah-dadah dadah dah-dadah dadah dah-dadah dadah Azərbaycan əruzuna daha uyğun olan 5-5-5-5 bölgüsü ilə: Dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah dahda-dahdadah Misal: Nəqdi-canımı xaki-payinə bəzl edim həmən, ey gülüm, gülümÖ. Kəşfi 8. Fə’ilün fə’ilün fə’ilün fə’ Dadadah dadadah dadadah-dah Misal: Sanasan canımın canısan sən Q. Bürhanəddin 9. Fə’lün fə’lün fə’lün fə’lün Dahdah dahdah dahdah dahdah Misal: Rədd olsun bəy, rədd olsun xan Ü. Hacıbəyli Rəcəz bəhri 1. Müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün Dahdah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah Misal: Axır zamanın fitnəsi şol gözləri şəhla imiş İ. Nəsimi 2. Müstəf’ilün müstəf’ilün Dahdah-dadah dahdah-dadah Misal: Aşiq olan kamil gərəkŞ. H. Rəncur xanım 3. Müftə’ilün məfA’ilün müftə’ilün məfA’ilün Dahda-dadah dadah-dadah dahda-dadah dadah-dadah Misal: Məndə sığar iki cahan, mən bu cahana sığmazamİ. Nəsimi 4. Müftə’ilün məfA’ilün Dahda-dadah dadah-dadah Misal: Başdan iki, bədəncə birS. Fazil 5. MəfA’ilün müftə’ilün Dadah-dadah dahda-dadah Misal: Koroğlunun bir atı varÜ. Hacıbəyli 6. Müftə’ilün müftə’ilün müftə’ilAtün Dahda-dadah dahda-dadah dahda-dadahdah Misal: Köhnə fikir, tazə libas geysə cəhalət! F. Sadıq 7. MüfA’ilAtün müfA’ilAtün Dadah-dadahdah dadah-dadahdah Və ya: Dadahda-dahdah dadahda-dahdah Misal: Üzün görəydim, çıxaydı canım M. H. Səhhaf 8. Müftə’ilün müftə’ilün müftə’ilün müftə’ilün Dahda-dadah dahda-dadah dahda-dadah dahda-dadah Misal: Ey dediyin cümlə yalan qovlu qərarın yox imiş İ. Nəsimi Müzare bəhri 1. Məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün Dah-dahda dahda-dahda dadah-dahda dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 1-4-4-5 bölgüsü ilə: Dah dahda-dahda dahda-dadah dahda-dahdadah Misal: Bilməm bu nazənin kimin istəkli yarıdır Ə. Vahid 2 Məf’Ulü fA’ilAtün məf’Ulü fA’ilAtün Dah-dahda dahda-dahdah dah-dahda dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-2-1-4-2 bölgüsü ilə: Dah dahda-dahda dahdah dah dahda-dahda dahdah Misal: Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır M. Ə. Sabir 3. Məf’Ulü fA’ilAtün Dah-dahda dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1–4–2 bölgüsü ilə: Dah dahda-dahda dahdah Misal: Açmış bənövşə, sünbülH. Cavid 4. Məf’Ulü fA’ilün məf’Ulü fA’ilün Dah-dahda dah-dadah dah-dahda dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 1–5–1– 5 bölgüsü ilə: Dah dahda-dahdadah dah dahda-dahdadah Misal: Yaran, gəlin bu gün, fürsət məqamıdır N. Vəfa 5. Məf’Ulü fA’ilün Dah-dahda dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 1 – 5 bölgüsü ilə: Dah dahda-dahdadah Misal: Bir carə tapmışam Ə. Raci Münsərih bəhri 1. Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün Dahda-dadah dah-dadah dahda-dadah dah-dadah Misal: Oğlumuz ay Xansənəm, bir yekə pəlvan imiş M. Ə. Sabir 2. MəfA’ilün fA’ilün məfA’ilün fA’ilün Dadah-dadah dah-dadah dadah-dadah dah-dadah Misal: Uşaq mənimdir əgər, oxutmuram əl çəkin M. Ə. Sabir 3. Müftə’ilün fA’ilün məfA’ilün fA’ilün Dahda-dadah dah-dadah dadah-dadah dah-dadah Misal (şərti): Bilməz idim bir belə ağır olar ayrılıq 4. MəfA’ilün fA’ilün müftə’ilün fA’ilün Dadah-dadah dah-dadah dahda-dadah dah-dadah Misal (şərti): Unutmaram heç zaman söylədiyin sözləri 5. Müftə’ilün fA’ilün Dahda-dadah dah-dadah Misal: Çəkdi niqabın günəş Seyid Zərgar 6. MəfA’ilün fA’ilün Dadah-dadah dah-dadah Misal (şərti): Qayıtmaram bir daha 7. Müftə’ilün fA’ilAtü müftə’ilün fə’ Dahda-dadah dahda-dahda dahda-dadah dah Misal: Daği-firaqına ehtimal nə mümkün M. Füzuli 8. Müstəf’ilün fə’Ulün Dahdah-dadah dadahdah Misal: Çox yatma, dur, a tənbəl A. Səhhət Müctəs bəhri 1. MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilAtün Dadah-dadah dada-dahdah dadah-dadah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3–4–4–5 bölgüsü ilə: Dadahda dahda-dadah dahda-dahda dahda-dadahdah Misal: Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi zülmətH. Cavid 2. MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün Dadah-dadah dada-dahdah dadah-dadah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3–4–4–4 bölgüsü ilə: Dadahda dahda-dadah dahda-dahda dahda-dadahMisal: Öyünmə, çox gözəlim, çox da gözlərin qaradır Ə. Vahid 3. MəfA’ilün fə’ilAtün Dadah-dadah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3–5 bölgüsü ilə: Dadahda dahda-dadahdah Misal: Yolunda sərsəriyəm mənC. Rəmzi 4. MəfA’ilün fə’ilün Dadah-dadah da-dadah Azərbaycan əruzuna daha uyğun olan 3–4 bölgüsü ilə: Dadahda dahda-dadah Misal: Ucundadır dilimin Dəli şair Mütəqarib bəhri 1. Fə’Ulün fə’Ulün fə’Ulün fə’Ulün Da-dahdah da-dahdah da-dahdah da-dahdah Misal: Bu il bizdən ayrıldı istəkli Sabir Ə. Nəzmi 2. Fə’Ulün fə’Ulün fə’Ulün fə’Ul Da-dahdah da-dahdah da-dahdah da-dah Misal: Qəzəl bildirir şairin qüdrətin M. Füzuli 3. Fə’lün fə’Ulün fə’lün fə’Ulün Dahdah da-dahdah dahdah da-dahdah Və ya: Dahdahda-dahdah dahdahda-dahdah Misal: Ahu baxışlı bir nazlı dilbər Rza Zaki 4. Fə’lün fə’Ulün Dahdah da-dahdah Və ya: Dahdahda dahdah Misal: Hər şey sənindir H. Cavid Xəfif bəhri 1. Fə’ilAtün məfA’ilün fə’ilün Dada-dahdah dadah-dadah dadadah Azərbaycan əruzuna daha uyğun olan 3–4–4 bölgüsü ilə: Dadadah dahda-dahda dahda-dadah Misal: Qoca Qafqaz, adında bir əzəmət İ. Cəfərpur2. FA’ilAtün məfA’ilün fə’ilAtün Dahda-dahdah dadah-dadah dada-dahdah Azərbaycan əruzuna daha uyğun olan 3-4-5 bölgüsü ilə: Dah-dadah dahda-dahda dahda-dadahdah Misal: Düşməni-duni nabəkarə bəlayəm M. Füzuli Səri bəhri 1. Müftə’ilün müftə’ilün fA’ilün Dahda-dadah dahda-dadah dahdadah Misal: Məclisi-əyanda vurur tək səbir M. Ə. Sabir 2. Müftə’ilün müftə’ilün Dahda-dadah dahda-dadah Misal: Sönməz işıqlarda vətənS. Rüstəm Kamil bəhri 1. MütəfA’ilün mütəfA’ilün mütəfA’ilün mütəfA’ilün Dadadah-dadah dadadah-dadah dadadah-dadah dadadah-dadah Misal: Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimiM. Füzuli 2. MütəfA’ilün mütəfA’ilün Dadadah-dadah dadadah-dadah Misal: Məni axiri bu qəm öldürür M. Ləli Müqtəzəb bəhri FA’ilAtü məf’Ulün fA’ilAtü məf’UlünDahda-dahda dah-dah-dah dahda-dahda dah-dah-dah Və ya: Dah-dadah dadah-dahdah dah-dadah dadah-dahdah Misal: Zülfün olsa aşüftə bağrımı kəbab eylər M. Ləli Yeni əruz qəliblərinin yaradılması imkanları Nəzərə alsaq ki, şeirlər əsasən 5÷16 hecalı olur və Azərbaycan əruzunda hecaların iki növü (uzun və qısa haecalar) var, onda nəzəri cəhətdən əruz qəliblərinin mümkün variantlarının sayını aşağıdakı riyazi düsturla hesablaya bilərik: Göründüyü kimi, 5-hecalıdan 16-hecalıyadək olan misralardan nəzəri cəhətdən 131040 (yüz otuz bir min qırx) variantda ritmik qəlib düzəltmək mümkündür. Bu o deməkdir ki, yeni əruz qəliblərinin yaradılması imkanları qeyri-məhduddur və ona görə də daim yeni qəliblər yaradılmlş və yaradılmaqdadır. Lakin, aydındır ki, nəzəri cəhətdən yaradılması mümkün olan qəliblərin hamısı oxunaqlı olmayacaq. Yalnız oxunaqlı, ahəngdar qəliblər əruz qəlibi kimi qəbul oluna bilər.Bəs Azərbaycan əruzunda yeni qəlibləri hansı əsaslarla yaratmaq olar? Burada folklorumuzdakı (ritmik aşıq havaları, xalq mahnıları, oyun havaları, diringilər və s.) ritmik vahidlər əsas götürülə bilər. Bu məsələdə ritmik aşıq havaları xüsusən geniş imkanlar açır. Belə ki, ritmik aşıq havalarınin demək olar ki, əksəriyyətinin ritmik quruluşu Azərbaycan əruzu üçün hazır qəlibdir. Bəzi əruz qəliblərinin ritmik quruluşunun xalq musiqimizin bir çox nümunələrinin ritmik quruluşu ilə eyniliyini öncə qeyd etmişik. İndi isə, aşıq havaları və digər ritmik xalq musiqisi nümunələrinin ritmik quruluşu üzərində yeni əruz qəliblərinin yaradılması imkanlarına baxacağıq. Onu qeyd edək ki, yeni qəliblər yaratmaq üçün xalq musiqisi nümunələrinin instrumental (çalğı) variantını əsas gö-türmək daha məqsədəuyğundur. Çünki, oxunuşda mu-siqinin ritmik quruluşu şeirin ritmik quruluşunun təsirinə məruz qalaraq müəyyən qədər dəyişilə bilir. Bu da çoxvariantlılıq yaradır. Düzdür, çalğıda da çoxvariantlılıq ola bilər, lakin adədən ən çox işlənən variant əsas götürülür və nota salınır. Biz də yeni qəliblərin müəyyən olunmasında məhz bu variantları əsas götürürük.İndi isə xalq musiqimizin bəzi nümunələrinin ritmik vahidləri üzərində yaradılması mümkün olan bir neçə yeni əruz qəlibinə baxaq. 1. “Cəlili” aşıq havasında oxunan şeirlərin ritmik quruluşunun təsirindən bu havanın nəinki oxunuş ritmlərində, hətta çalğı ritmlərində də çoxvarianlılıq yaranır. Bu havanın ritmlik quruluşunun not yazısına əsasən (bax, Eldarova Ə., Azərbaycan aşıq sənəti, Bakı-1996, səh-145) aşağıdakı yeni əruz qəlibini (şərti olaraq “Cəlili qəlibi”) müəyyən edə bilərik: Dadah-dadah dadah-dadah dadahdahŞərti misal: Canım çəkər cəfa sənin yolunda X. İ Əhməd təfilələri ilə: MəfA’ilün məfA’ilün fə’Ulün “Şəşəngi” (“Sarıköynək”) və “Qarabağ qaytar-ması” aşıq havalarının ritmik quruluşları (bax, yenə həmin kitabda səh.-145-ə) “Cəlili” ritmlərindən cəmi 1-2 hecaya görə fərqlənir. Belə ki, “Şəşəngi”-nin ritmik quruluşu – Dahda-dadah dadah-dadah dahdadah/Müftə’ilün məfA’ilün fA’ilün, “Qarabağ qaytarması”-nın ritmik quruluşu isə – Dahda-dadah dadah-dadah dadahdah/Müf-tə’ilün məfA’ilün fə’Ulün kimidir.Göründüyü kimi bu ritmik formulların Həzəc, Rəcəz, Səri və b. bəhrlərin qəlibləri ilə xeyli oxşarlığı var. 2 “Ruhani” aşıq havası, “Qarabağ şikəstəsi” və başqa bir çox xalq musiqisi nümunələrində ortaq ritmə malik parçalar var (bu ritm ortaqlığı muğamda oxunan şikəstələrin aşıq musiqisinə əsaslandığını və ümu-miyyətlə muğamla aşıq musiqisinin ortaq köklərə malik olduğunu bir daha təsdiq edir!). Ortaq ritmə malik həmin parçalar üzərində aşağıdakı əruz qəlibini (şərti olaraq “Ruhani” qəlibi) müəyyən edə bilərik: Dah-dada dah-dada dahdada-dah Və ya: Dahda-dadah dadadah dadadahŞərti misal: Sanma ki, mən bunu bilməmişəm X. İ Əhməd təfilələri ilə: Müftə’ilün fə’ilün fə’ilün 3. “Müxəmməs”, “Baş sarıtel” və xeyli sayda digər aşıq havalarının ortaq ritmik vahidləri üzərində aşağıdakı qəlibi (şərti olaraq “Müxəmməs” qəlibi) müəyyən etmək olar: Dada-dadah dahda-dadah Şərti misal: Gələcəyəm, gözlə məni Burada çox önəmli bir məsələyə diqqət yetirmək yerinə düşər. Qəlibdə ilk üç heca dalbadal qısa hecalardır. Azərbaycan əruzunda istifadə olunmuş 266 qəlibin heç birində dalbadal gələn üç qısa hecaya rast gəlinmir (ərəb əruzunda belə təfilə mövcud olsa da istifadə olunmur (1)). Bu da Azərbaycan türkcəsində üç ardıcıl qısa hecaya malik bir çox sözlərin (gələcəyəm, gedəcəyəm, alacağam və s.) əruzda işlədilməsini mümkünsüz etmişdir və şairlər məcburən bu sözlərin yerinə gələcəm/gedəcəm, gələrəm/gedərəm kimi ifadələr işlətmişlər. Müəyyən etdiyimiz “Müxəmməs” qəlibi üzərində isə, bu kimi sözlərin istifadəsinə imkan yaranır. 4. “Kərəm gözəlləməsi” aşıq havasının və “Bilmir-dim–bileydin” xalq mahnısının ortaq olan ritmik quruluşları üzərində aşağıdakı əruz qəlibi alınır: Dahda-dadah dahda-dadah dahda-dadah dah-dadah Bu qəlibə real misal elə “Bilmirdim–bileydin” xalq mahnısının sözləridir: Gözləmişəm, gəlməmisən, mən də nişanlanmışam X. İ. Əhməd təfilələri ilə: Müftə’ilün müftə’ilün müftə’ilün fA’ilün Bu qəlib Səri-1 qəlibinin “uzadılmış” variantıdır, həmçinin, Rəcəz-8 qəlibindən cəmi bir hecanın azlığı ilə fərqlənir. Bu qəlıb Ə. Cəfərin müəyyən etdiyi 266 qəlibin (o cümlədən yuxarıdakı 74 qəlibin) içərisində yoxdur, deməli o dövrə qədər istifadəsi aşkar olunmamışdır. Lakin, son illər həmin qəlibdə yazılmış şeirə artıq rast gəlmişik: Cərxi-fələk, sal buların canına bir vəlvələ Əvəz Qurbanlı 5. “Cəngi” havasının ritmləri üzərində aşağıdakı qəlibi müəyyən etmək olar: Dada-dahdah dahdada-dahdahŞərti misal: Qarı düşmən məhv olacaqdır X. İ. Əhməd təfilələri ilə: Fə’ilAtün müftə’ilAtün 6. “Yallı” nağara ritmi üzərində aşağıdakı qəlibi (şərti olaraq “Yallı” qəlibi) müəyyən edə bilərik: Dahdada-dahdah dahdada-dahdah Və ya: Dahda-dadahdah dahda-dadahdahŞərti misal: Sən də keçərsən bir gün o yoldan X. İ. Əhməd təfilələri ilə: Müftə’ilAtün müftə’ilAtün Göründüyü kimi “Dahdada-dahdah” (Müftə’ilAtün) ritmik vahidi həm “Cəngi”, həm də “Yallı” qəlibində var. Bu da xalq musiqimizin ümumi ritmik sistemə malik olduğunu bir daha təsdiq edir. Sonda bir daha qeyd edirik ki, müəyyən etdiyimiz yeni qəliblər sırf nəzəri xarakter daşıyır. Onların praktikada özlərini nə dərəcədə doğruldacaqlarını isə zaman göstərər.

Əruz vəzni

© 2023 by Art School. Proudly created with Wix.com

  • c-facebook
bottom of page