top of page

Xanım, bir gün oğuzlar xəbərsiz otururkən yurdlarına düşmən gəldi. Onlar gecəylə qorxub köçdü. Qaçıb gedərkən Aruz qocanın körpə oğlu düşüb yolda qalır, bir şir tapıb götürür, bəsləyir...Bir müddətdən sonra oğuz camaatı yenə öz yurduna qayıtdı. Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi. Deyir: “Xanım, qamışlıqdan bir şir çıxır, sıçrayıb qaçmağı adam kimidir, atı vurub-basır, qanını sümürür”.Aruz deyir: “Xanım, bu bəlkə yerimizdən qaçanda düşüb itən körpəoğlumdur?”. Bəylər atlandılar. Şirin yatağı üzərinə gəldilər. Şiriqaçırıb, oğlanı tutdular. Aruz oğlanı evinə gətirdi. Şadlıq etdilər.Yemək-içmək oldu. Amma oğlanı nə qədər saxlayıb-ovundurdularsa,durmadı, şirin yataq yerinə qaçdı. Yenidən tutub gətirdilər.Dədəm Qorqud gəldi. Dedi: “Oğlum, sən insansan. Heyvanlahəmsöhbət olma. Gəl, yaxşı atlar min, yaxşı igidlərlə iş yürüt! Böyükqardaşının adı Qıyan Səlcikdir, sənin adın Basat olsun! Adını mənverdim, yaşını Allah versin!”.Oğuz camaatı bir gün yaylağa köçdü. Aruzun bir çobanı vardı. QonurQoca Sarı çoban deyərdilər adına. Oğuzların önündə bundan əvvəlkimsə köçməzdi. Uzun bulaq deyilən məşhur bir bulaq vardı. O bulağapərilər qonmuşdu. Birdən qoyunlar ürkdü. Çoban qabaqdakı təkəyəhirsləndi, irəli getdi. Gördü ki, pəri qızlar qanad-qanada bağlayıb uçurlar.Çoban öz yapıncısını üzərlərinə atdı. Pəri qızının birini tutdu. Tamahsalıb, qucaqladı... Qoyun ürkməyə başladı. Çoban qoyunun qabağınaqaçdı. Pəri qızı qanad çalıb uçdu. Dedi: “Çoban, il tamam olanda məndəkiəmanətini gəl, al!. Amma oğuzların başına bəla gətirdin!” Çobanıniçinə qorxu düşdü. Amma qızın ayrılığından bənizi saraldı.Zaman gəldi, oğuzlar yenə yaylağa köçdülər. Çoban yenə bu bulağagəldi. Yenə qoyun ürkdü. Çoban irəli gəldi. Gördü ki, bir ət toplusuyatır, par-par parıldayır. Pəri qızı gəlib dedi: “Çoban, əmanətinbudur, gəl götür! Amma Oğuzun başına bəla gətirdin!” – dedi. Çobanbu ət topasını görəndə təəccübləndi. Geri dönüb, sapand daşına tutdu.Vurduqca böyüdü; çoban həmin yığnağı qoydu, qaçdı; qoyunlarınardınca düşdü.Sən demə, o zaman Bayındır xan bəylərlə gəzməyə çıxıbmış. Bubulağın üstünə gəldilər. Gördülər ki, bir təəccüblü şey yatır, başı-ayağı bilinmir. Çevrəyə aldılar. Bir igid atdan düşüb onu tərpətdivurdu.Vurduqca böyüdü. Bir neçə igid də düşüb vurdu. Onlar vurduqcaböyüdü. Aruz Qoca da enib vurdu-silkələdi, birdən mahmızıhəmin şeyə toxundu. Bu ət topasının pərdəsi yarıldı, içindən bir oğlanuşağı çıxdı. Gövdəsi adam gövdəsi, təpəsində bir gözü vardı. Aruz buuşağı götürüb ətəyinə sarıdı. Dedi: “Xanım, bunu mənə verin, oğlumBasatla böyüdüm!”.Bayındır xan: “Sənin olsun!” – dedi.Aruz Təpəgözü götürüb evinə gətirdi. Buyurdu, bir dayə gəldi.Dayə əmcəyini ağzına verdi. Uşaq bir sordu, olan südünü içdi. İkincidəfə sordu, qanını içdi; üçüncüdə canını aldı. Bir neçə dayə gətirdilər.Təpəgöz onları həlak etdi. Gördülər olmur, “südlə bəsləyək”- dedilər.Gündə bir qazan süd çatmırdı. Bəslədilər, böyüdü, gəzməyə başladı.Oğlan uşaqları ilə oynayırdı. Uşaqların kiminin burnunu, kimininqulağını yeməyə başladı. Xülasə, camaat bunun əlindən zara gəldi.Aciz qaldılar, Aruza şikayət edib ağlaşdılar. Aruz Təpəgözü döydüsöydü,belə hərəkətləri qadağan etdi; Təpəgöz sözünə baxmadı. Axırki, Aruz onu evindən qovdu.Təpəgözün pəri anası gəlib oğlanın barmağına bir üzük keçirdi.“Oğul, sənə ox batmasın, bədənini qılınc kəsməsin!” – dedi.Təpəgöz oğuzların arasından çıxdı, bir uca dağda məskən saldı.Yol kəsdi, adam oğurladı, böyük quldur oldu. Üzərinə bir neçə adamgöndərdilər. Ox atdılar, batmadı. Qılınc vurdular, kəsmədi. Süngünüsancdılar, yerimədi. Çoban-çoluq qalmadı, Təpəgöz hamını yedi.Oğuzların içində adam yeməyə başladı. Oğuzlar yığışıb onun üzərinəgəldilər. Təpəgöz görüb qəzəbləndi. Bir ağacı qoparıb yerindən atdı,əlli-altmış adam həlak elədi. İgidlərin başçısı Qazana elə zərbə vurdu,dünya başına daraldı.Qazanın qardaşı Qaragünə Təpəgözün əlində məğlub oldu. Dözənoğlu Alp Rüstəm həlak oldu.Uşun qoca oğlu kimi pəhləvan onun əlində öldü; onun iki qardaşıda Təpəgözün əlində pak canını tapşırdı.Dəmir donlu Mamaq onun əlində məhv oldu. Bığı qanlı BükdüzƏmən də Təpəgöz tərəfindən məğlub edildi. Təpəgöz ağ saqqallıAruz qocaya qan qusdurdu. Qıyan Səlcikin ödü yarıldı. Oğuzlar Təpəgözəheç nə edə bilmədilər, vahiməyə düşüb qaçdılar. Təpəgözonların qarşısını aldı, geri qaytardı. Xülasə, oğuzlar yeddi dəfə qaçdı,Təpəgöz onların qarşısını alıb, yeddi dəfə geri oturtdu. Oğuz yurduTəpəgözün əlində əsir-yesir olub qaldı. Gedib Dədə Qorqudu çağırdılar.Onunla danışdılar: “Gəlin, pay ayıraq, xərac verək!” – dedilər.Dədə Qorqudu Təpəgözün yanına göndərdilər. Gəldi, salam verdi.Deyir: “Oğul, Təpəgöz, oğuz yurdu əlində əsir olub, viran qaldı. Səninayağına məni göndəriblər. Sənə vaxtaşırı pay verək, deyirlər”.Təpəgöz dedi: “Gündə altmış adam yığıb verin yeməyə!”. DədəQorqud deyir: “Bu hesabla sən adam qoymaz, hamını qırarsan. Ammagündə iki adamla beş yüz qoyun verə bilərik!”.Dədə Qorqud belə deyəndə Təpəgöz deyir: “Yaxşı, elə olsun!Lakin mənə həm də iki adam verin, yeməyimi bişirsin, mən yeyim!”.Dədə Qorqud döndü, oğuz yurduna gəldi. Dedi: “Bunlu qoca iləYapaqlı qocanı Təpəgözə verin, xörəyini bişirsin! Bir də gündə ikiadamla beş yüz qoyun istəyir”. Camaat razılaşdı. Dörd oğlu olan biriniverdi, üçü qaldı. Üç oğlu olan birini verdi, ikisi qaldı. İki oğlu olanbirini verdi, biri qaldı.Qapaqqan adlı bir kişi vardı. İki oğlu vardı. Bir oğlunu vermiş, biriqalmışdı. İndi növbə dolanıb ona çatmışdı. Anası fəryad edib zar-zarağladı. Sən demə, xanım, Aruz oğlu Basat harasa döyüşə gedibmiş; buzaman gəlib çıxdı. Oğlanın anası dedi: “Basat indi çapqınçılıqdan gəlib.Gedim, bəlkə mənə bir əsir verdi, oğulcuğazımı qurtara bildim”.Basat qızıl naxışlı günlüyünü qurub oturmuşdu ki, gördülər birqadın gəlir. İçəri, Basatın yanına gəldi, salam verdi, ağladı. Dedi:Ovuclarına sığmır lələkli oxun,Yekə təkə buynuzundan bərk yayın var.İç Oğuzda, Daş Oğuzda bəllidir adın,Aruz oğlu, igid Basat, kömək et mənə!Basat deyir: “Nə istəyirsən?”. Qadın deyir: “Vəfasız dünyada birkişi meydana çıxıb. Oğuz elini yaylağa köçməyə qoymadı. Böyük itipolad qılınclar bir tükünü kəsə bilmədi. Qarğı nizə oynadanlar dərisinidələ bilmədi. Qayın ağacından düzəlmiş oxları atanlar ona karetmədilər. İgidlərin başçısı Qazana bir zərbə vurdu. Qardaşı Qaragünəonun əlində əzildi. Bığı qanlı Bügdüz Əmən onun əlində döyüldü. Ağsaqqallı atan Aruza qan qusdurdu. Meydanda qardaşın Qıyan Səlcikinödü yarıldı, can verdi. Qalın Oğuz bəylərinin də kimini şikəst etdi, ki-mini həlak elədi. Yeddi dəfə Oğuz elini yerindən qovdu. Xərac istədi,aldı. İndi gündə iki adam, beş yüz qoyun istəyir. Bunlu qoca ilə Yapaqlıqocanı ona xidmətçi veriblər. Dörd oğlu olan birini verdi. Üç olanbirini verdi, iki olan birini verdi. İki oğlum vardı, birini verdim, bir qaldı.Növbə fırlanıb, mənə çatıb. Onu da istəyirlər. Xanım, mənə kömək et!”Basatın qaranlıq çökmüş gözləri yaşla doldu. Qardaşından ötrüsoylamış, görək, xanım, nə soylamışdır:Qayalıq yerdə tikilmiş otaqlarınıO zalım yıxmışdır yəqin, qardaş!İti qaçan atlarını tövlədənO zalım seçmişdir yəqin, qardaş!Təkhürküclü dəvələri qatarındanO zalım ayırmışdır yəqin, qardaş!Şülənlərdə qırdırdığın qoyunlarıO zalım qırmışdır yəqin, qardaş!Fərəhlənib gətirdiyin gəlininiO zalım səndən ayırmışdır yəqin, qardaş!Ağ saqqallı atamı “Oğul” deyə ağlatdın yəqin, qardaş!Ağca üzlü anamı sızlatdın, yəqin qardaş!Qarşıdakı uca dağımın zirvəsi qardaş!İti axan gözəl suyumun daşqını qardaş!Güclü belimin qüvvəsi,qaranlıq çökmüş gözlərimin işığı, qardaş!“Qardaşımdan ayrıldım!” – deyə çox ağladı, zarıldadı. Basathəmin qadına bir əsir verdi. “Get, oğlunu xilas et!” dedi.Qadın əsiri götürüb gəldi, oğlu yerinə verdi, həm də Aruzu “oğlungəldi!” deyə muştuluqladı. Aruz sevindi. Qalın Oğuz bəyləri Basatıqarşıladılar. Basat atasının əlini öpdü. Ağlaşdılar, hönkürdülər. Anasınınevinə gəldi. Anası oğlunu qarşılayıb qucaqladı. Basat anasının əliniöpdü. Görüşüb-ağlaşdılar. Oğuz bəyləri toplaşdı. Yemək-içmək məclislərioldu. Basat dedi: “Bəylər, qardaşımın qanını almaq üçün Təpəgözləqarşılaşmaq istəyirəm. Nə deyirsiz?”Qazan bəy burada soylamış, görək, xanım, necə soylamışdır:Böyük nəhəng oldu Təpəgöz,Göydə çevirdim, yıxa bilmədim, Basat!Böyük qaplan oldu Təpəgöz,Uca dağlarda fırlandıq, yıxa bilmədim, Basat!Quduz aslana döndü Təpəgöz,Qalın qamışlıqda yıxa bilmədim, Basat!İgid olsan, yaxşıdır,amma mən Qazandan artıq olmazsan, Basat!Ağ saqqallı atanı ağlatma!Ağ birçəkli ananı zarıldatma!Basat deyir: “Mütləq gedəcəyəm!” Qazan deyir: “Özün bilərsən”.Atası ağlayıb deyir: “Oğul, ocağımı sahibsiz qoyma, rəhm elə, getmə!”.Basat deyir: “Yox, ağ saqqallı əziz ata, gedirəm”. Atasını eşitmədi, paltarınınqolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını daqurşandı. Yayını qoluna saldı. Ətəklərini yığışdırdı. Atasının-anasınınəlini öpdü, halallaşdı, “salamat qalın!” – dedi. Təpəgözün olduğu Salaxanaqayasına gəldi. Gördü ki, Təpəgöz arxasını günə verib yatır. Özbelindən çəkib bir ox çıxardı. Təpəgözün çiyninə bir ox vurdu. Oxkeçmədi, parçalandı. Bir də atdı. O da para-para oldu. Təpəgöz qocalaradedi: “Bu yerin milçəyi bizi dilxor etdi!”. Basat bir də atdı. O daparçalandı, bir parçası Təpəgözün qabağına düşdü. Təpəgöz sıçradı,baxdı. Basatı gördü, əlini əlinə çalıb qah-qahla güldü. Qocalara dedi:“Oğuzlardan bizə yenə bir yeməli-yetişmiş quzu gəlib”. Basatı qabağınaqatıb tutdu. Boğazından yapışıb yatağına gətirdi. Çəkməsininboğazına soxdu. Dedi: “Ay qocalar, günorta üstü bunu mənimçin şişkababeləyin, yeyim”. Yenə yuxuya getdi.Basatın xəncəri vardı. Çəkmənin boğazını yarıb içindən çıxdı. Dedi:“Ay qocalar, bunun ölümü nədəndir?” Dedilər: “Bilmirik. Ammagözündən başqa ayrı yerdə ət yoxdur”. Basat Təpəgözün başı ucunagəldi. Göz qapağını qaldırdı. Baxdı gördü ki, gözü ətdəndir. Deyir: “Ayqocalar, süngünü ocağa qoyun, qızsın!”. Süngünü ocağa saldılar, qızardı.Basat əlinə aldı. Adı gözəl Məhəmmədə salavat çəkdi. SüngünüTəpəgözün gözünə elə basdı ki, gözü məhv oldu. Təpəgöz elə nərəçəkdi ki, elə hayqırdı ki, dağ-daş titrədi. Basat sıçradı. Mağarayaqoyunların içinə girdi. Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranınqapısında durub bir ayağını qapının bir yanına, birini digər yanınaqoydu. Dedi: “Ay qoyunların başçıları ərkəclər, bir-bir gəlin, keçin!”.Bir-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. “Toğlucuqlar, var-dövlətim qaşqa qoç, gəlin, keçin!” - dedi. Bir qoç yerindən qalxdı,buynuzlayıb irəli cumdu. Basat bir anda qoçu basıb kəsdi, dərisiniçıxardı, quyruğu ilə başını dəridən ayırmadı; dərinin içinə girdi. BasatTəpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Deyir:“Ay qaşqa qoç, mənim həlak olacağımı haradan bildin? Elə vurum sənimağara divarına ki, quyruğun mağaranı yağlasın!”. Basat qoçun başınıTəpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu.Qaldıranda buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları arasındansıçrayıb çıxdı. Təpəgöz buynuzu götürüb yerə çırpdı. Dedi:“Oğlan, qurtuldunmu?” Basat deyir: “Tanrım qurtardı”. Təpəgöz deyir:“Ay oğlan, al bu barmağımdakı üzüyü barmağına tax, sənə ox vəqılınc kar eyləməsin”.Basat üzüyü alıb barmağına keçirdi. Təpəgöz deyir: “Oğlan, üzüyüalıb taxdınmı?”. Basat deyir: “Taxdım”. Təpəgöz Basatın üzərinəatılıb, xəncərlə vurub-kəsdi. Basat sıçrayıb kənarda durdu, gördü ki,üzük yenə Təpəgözün ayağı altına düşüb qalıb.Təpəgöz deyir: “Qurtuldunmu?” Basat deyir: “Tanrım qurtardı”.Təpəgöz deyir: “Oğlan, o günbəzi görürsənmi?”. Deyir: “Görürəm”.Təpəgöz deyir: “Mənim xəzinəm var. Get möhürlə, o qocalar götürməsinlər!”.Basat günbəzin içinə girdi. Gördü ki, qızıl-gümüş yığılmışdır.Baxanda hər şeyi unutdu. Təpəgöz günbəzin qapısını tutdu.Dedi: “Günbəzə girdinmi?”. Basat deyir: “Girdim”. Təpəgöz deyir:“İndi elə vurum ki, günbəzlə bir yerdə darmadağın olasan”. Basat“lailahə illallah, Məhəmmədən-rəsulallah!” – dedi. Həmin anda günbəzyarıldı, yeddi yerdən qapı açıldı. Basat qapıların birindən çıxdı.Təpəgöz əlini günbəzə soxdu. Elə vurdu ki, günbəz alt-üst oldu.Təpəgöz deyir: “Oğlan, qurtuldunmu?” Basat deyir: ”Tanrım qurtardı”.Təpəgöz deyir: “Sənə ölüm yoxmuş! O mağaranı görürsənmi? Basatdeyir: “Görürəm!”. Deyir: “Orada iki qılınc var: biri qınlı, biri qınsız.Mənim başımı o qınsız qılınc kəsər. Get götür, mənim başımı kəs!”.Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enirqalxır.Basat fikirləşdi: “Bununla ehtiyatlı olmalıyam!”. Öz qılıncını çıxardı,qarşısına tutdu. Qılıncı iki para oldu. Getdi, bir ağac gətirdi, qılıncınqabağına tutdu. Onu da iki para eylədi. Sonra yayını əlinə aldı. Oxlao qılınc asılan zənciri vurdu. Qılınc yerə düşüb kömüldü. Öz qılıncını qınınaqoydu. Həmin qılıncın dəstəyindən bərk tutdu. Gəlib dedi: “Ay Tə-pəgöz, necəsən?” Təpəgöz dedi: “Ay oğlan, yenə ölmədinmi?”. Basatdeyir: “Tanrım qurtardı”.Təpəgöz dedi: “sənə ölüm yoxmuş!”.Təpəgöz çağırıb soylamış, görək, nə soylayıb demişdir:Gözüm, gözüm, yalnız gözüm!Sən yalnız gözlə mən oğuz yurdunu əsir etdim!Ala gözümdən ayırdın, igid, məni!Şirin candan ayırsın Allah səni!Belə ki mən çəkirəm göz dərdini,Heç igidə verməsin Allah göz bu günü!Təpəgöz yenə deyir:Hardan gəldin sən igid, yerin nə yerdir?Qaranlıq gecədə yol azsan, ümidin nəyədir?Böyük bayraq götürən xanınız kimdirdöyüş günü öndə?Ağ saqqallı atanın adı nədir?İgid əgər igid ərdən ad gizlətsə, eyibdir.Adın nədir, igid, söylə mənə!Basat Təpəgözə soylamış, görək, xanım, nə soylamışdır:Olduğum yer, yurdum mənim Günortacdır!Qaranlıq gecədə yol azsam, ümidim Allahadır.Böyük bayraq götürən xanımız Bayındır xan,Döyüş günü öndə gedən qəhrəmanımız Salur Qazan.Anamın adını soruşsan, – Qaba ağacdır!Atamın adını soruşsan, – xaqan aslandır!Mənim adımı soruşursan, – Aruz oğlu Basatdır!Təpəgöz deyir:“Süd qardaşıyıq, qıyma mənə!”.Basat deyir:Ay əbləh, ağ saqqallı atamı ağladıbsan,Ağ birçəkli qoca anamı inlədibsən.Doğma qardaşım Qıyan Səlciki öldürmüşsən.Ağca üzlü gəlinimizi dul etmişsən.Ala gözlü uşaqlarını yetim qoymuşsan.Böyük, iti polad qılıncımı çəkməyincə,Qafalı-papaqlı başını kəsməyincə,Al qanını yer üzünə tökməyincə,Qardaşım Qıyanın qanını almayıncaqoyarammı sağ qalasan, -qoymaram!Təpəgöz də burada soylayıb demişdir:Deyirdim ki, qalxıb yerimdən durum,Qalın Oğuz bəyləriylə əhdimi pozum,Qollarında şahinləri öldürüm.Bircə dəfə adam ətindən doyum.Qalın Oğuz bəyləri üstümə gəlsə,Deyirdim ki, qaçıb Salaxana qayasına girim.Mancanaqla ağır daşlar atım, -deyirdim.Göydən başıma düşən daşla ölüm, -deyirdim.Ala gözdən məhrum etdin, igid, məni!Şirin candan məhrum etsin Allah səni!Təpəgöz bir daha soylayıb demişdir:Ağ saqqallı qocaları çox ağlatmışam,Ağ saqqalın qarğışımı tutdu ola, gözüm səni?Ağ birçəkli qarıları çox ağlatmışam,Anaların göz yaşımı tutdu ola, gözüm, səni?Bığ yeri tərləmiş cavanları çox yemişəm,Cavanlıqlarımı tutdu ola, gözüm, səni?Əlləri xınalı qızcığazları çox yemişəm,Ovucları-qarışları tutdu ola, gözüm, səni?Belə ki mən çəkirəm gözümün göynəmini,Heç kimə verməsin Allah göz yükü, göz qəmini!Gözüm, gözüm, ay gözüm! Yalnız gözüm!Basat hirsləndi, yerindən durub gəldi. Təpəgözü nər dəvə kimidizi üstünə çökdürdü. Təpəgözün öz qılıncı ilə boynunu vurdu. Başınıyayın kirişinə taxdı, sürüyə-sürüyə mağara qapısına gəldi.Basat Bunlu qoca ilə Yapaqlı qocanı oğuz elinə muştuluqçu göndərdi.Onlar ağ-boz atlar minib çapdılar. Qalın Oğuz ellərinə xəbər çatdı.At ağızlı Aruz qocanın evinə çapar gəldi. Ona Basatın sevincxəbərini verdi: “Muştuluq! Oğlun Təpəgözü öldürdü!”.Qalın Oğuz bəyləri yetişdilər. Salaxana qayasına gəldilər.Təpəgözün başını ortaya gətirdilər.Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Mərd igidlərin başına nəgəldiyini dedi-danışdı. Eləcə də Basata xeyir-dua verdi:Qara dağa yetəndə sən, keçid versin!Aşqın-daşqın sular keçsən, keçid versin! İgidliklə qardaşınınqanını aldın. Qalın oğuz bəylərini fəlakətdən qurtardın. Qadir Allahüzünü ağ etsin, Basat! -dedi.Sizə də xeyir-dua verək, xanım:Ölüm gəldikdə sizi pak imandan ayırmasın!Günahınızı adı əziz Məhəmməd Mustafayabağışlasın, xanım, hey!

Qam Ğan oğlu Bayındır xan yerindən durmuşdu. Yüksək evini qarayer üzərində ucaltmışdı. Hündür alaçığı göy üzünə dirənmişdi. Min yerdəipək xalçalar döşətdirmişdi. İç Oğuz və Daş Oğuz bəyləri toplaşmışdılar.Doqquz tümənlik Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc və bir çomaq gətirdilər.Bayındır xan bərk dilxor oldu. Dədəm Qorqud gəldi, şadlıq havasıçaldı. “Xanım, niyə qanın qaralıb?” – dedi. Deyir: “Necə qaralmasın,hər il qızıl-gümüş gəlirdi, cavanlara-bəylərə verirdik, xatirləri şadolurdu. İndi bunları kimə verək ki, onunçun xoş olsun?”.Dədə Qorqud deyir: “Xanım, bunun üçünü də bir igidə verək, oğuzelinə qaravul çəksin!”. Bayındır xan “Kimə verək?” – dedi, sağınasolunabaxdı. Heç kim razı olmadı. Bəkil deyilən bir igid vardı. Onabaxdı, dedi: “Sən nə deyirsən?” Bəkil razı oldu. Qalxdı, yeri öpdü.Dədəm Qorqud gətirilən qılıncı onun belinə bağladı. Çomağı çiyninəsaldı, yayı qoluna keçirdi.Bəkil şahanə ayğırı çəkdirib mindi. Qohum-əqrəbasını ayırdı, eveşiyiniyığışdırdı, oğuz elindən köçdü. Bərdəyə, Gəncəyə gedibməskən saldı. Gedib doqquz tümənlik Gürcüstan sərhəddində çadırqurdu. Qaravulçuluq elədi. Buralara yad kafir gəlsə idi, başını oğuzelinə hədiyyə göndərərdi. İldə bir dəfə Bayındır xanın divanına gedirdi.Bir dəfə yenə Bayındır xandan adam gəldi ki, tez gəl. Bəkil də gəldi.Hədiyyələrini yerə qoydu, Bayındır xanın əlini öpdü. Xan da Bəkili qonaqetdi. Yaxşı at, yaxşı qaftan, bolluca xərclik verdi. Üç gün tam əzizlədi,hörmət etdi. “Bəkili üç gün də ov əti ilə qonaq eləyək, bəylər!” – dedi.Ova hazırlıq üçün car çəkildi. Elə ki, ov hazırlığı tamam oldu, kimiatını, kimi qılıncını, kimisi də yay çəkib ox atmağını təriflədi. SalurQazan nə özünü, nə atını təriflədi. Amma bəylərin hünərindən danışdı.Üç yüz altmış altı igid ova atlansa, keyik üzərinə yürüş olsa, Bəkilyay qurmaz, ox atmazdı. Elə yayı biləyindən çıxarıb, buğanın-sığınınboynuna atardı, çəkib durğuzardı. Arıq olsa, qulağını dələrdi ki, ovdabəlli olsun. Amma kök olsa, boğazlayıb kəsərdi.Bəylər, qulağı deşik keyik ovlayanda “bu, Bəkilin nişan etdiyidir”,– deyə ona göndərirdilər.Qazan bəy dedi: “Bu hünər atındır, ya igidindir?”. Dedilər: “Xanım,igidindir!”. Xan dedi: “Yox, at işləməsə, ər öyünməz. Hünəratındır”. Bu söz Bəkilə xoş gəlmədi. Dedi: “İgidlər içində bizi bədnamedib, quşqunumuzadək palçığa batırdın”. Bayındır xanın hədiyyəsiniönünə qoydu; xandan küsdü, divandan çıxdı. Atını gətirdilər. Ala gözlüigidlərini də götürüb evinə gəldi. Oğlanları qarşısına gəldi, onlarıoxşamadı. Ağ üzlü xanımı ilə danışmadı. Qadın burada soylamış, görək,xanım, nə soylamışdır:Qızıl taxtımın yiyəsi, igid bəyim!Göz açaraq gördüyüm,Könül verib sevdiyim,Qalxaraq yerindən durub gəldin.Ala gözlü igidlərini yanına saldın.Arqubeldən, Ala dağdan gecə aşdın.Coşğun axan gözəl sudan gecə keçdin.Ağ alınlı Bayındır xanın divanınagecə getdin, bəylər ilə yedin-içdin.Hərə öz qohum-qardaşı ilə deyib-güldümü?Qəriblikdə təklənmək xətrinə dəydimi?Hanı, xanım, altında yaxşı atın yoxdur!Alnını örtən qızıl işıqlı zirehin yoxdur!Ala gözlü bəylərini oxşamırsan,Ağca üzlü sevgilinlə danışmırsan,halın niyə belədir?Bəkil soylamış, görək, xanım, nə soylamışdır:Qalxaraq yerimdən durub getdim,Qarayallı gözəl Qazlıq atı mindim.Arqubeldən, Ala dağdan gecə keçdim.Coşğun axan gözəl sudan ötüb-keçdim.Ağ alınlı Bayındırın divanına çapar yetdim.Ala gözlü bəylərlə yedim-içdim.Hər kəsi öz qohum-qardaşıyla mehriban gördüm.Bizdən tamam üz döndəribdir xan, gördüm.Elimi-günümü köçürüb gəlin,Doqquz tümənlik Gürcüstana gedək,Oğuz elindən üz döndərdim, qəti bilin!Arvadı deyir: “İgidim, bəy igidim! Padşahlar Allahın kölgəsidir.Padşahına ağ olanın işi düz gətirməz. Təmiz ürəkdə pas olsa, şərabaçar. Sən gedəli, xanım, çılpaq qalan uca dağların ovlanmayıbdır. Ovaatlan çıx, könlün açılsın!”Bəkil gördü ki, arvadın ağlı-başı yaxşıdır. Qazlıq atını çəkdiribmindi. Ova getdi.Ov ovlayıb gəzərkən qabağına bir yaralı keyik çıxdı. Bəkil onunüstünə at saldı. Buğanın arxasından yetişdi. Yay kirişini boynuna atdı.Buğa acıqlanmışdı. Özünü uca bir yerdən atdı. Bəkil atın cilovunusaxlaya bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu qayaya toxunubsındı. Bəkil ayağa durub ağladı. Dedi: “Böyük oğlum, böyük qardaşımda yoxdur!..” Sonra paltarının qolundan bez çıxarıb, atının tərkindəkiqayışları dartıb qırdı. Qaftanının altından ayağını ata bərk sarıdı. Varqüvvəsi ilə atının yalına sərildi. Ovçulardan ayrı düşmüş Bəkilin sinəbağısısürüşüb boğazına keçdi. Yaşadığı sahəyə yaxınlaşdı. Oğlu İmranpəhləvan atasının qarşısına gəldi. Gördü bənizi saralmışdır, sinəbağıboğazına keçmişdir. Oğlan burada Bəkilin yoldaşlarını soruşubsoylamış, görək, xanım, nə soylamışdır:Qalxaraq yerindən durub gəldin,Qara yallı gözəl Qazlıq atını mindin.Yalçın uca dağlar ətəyinə ova getdin.Qara donlu kafirlərlə rastlaşdınmı?Ala gözlü igidlərini qırdırdınmı?Öz dilinlə bir neçə söz söylə mənə!Qara başım qurban olsun, ağam, sənə!Bəkil oğluna soylamış, görək, xanım, nə soylamış, demişdir:Oğul, ay oğul!Qalxıb yerimdən durdum, gəldim.Uca dağların döşünə ova çıxdım.Qara donlu kafirlərə uğramadım.Ala gözlü igidlərimi qırdırmadım.Sağ-salamatdır, igidlərim, qəmlənmə!Üç gündür ki, əhvalım yox, xəstəyəm!Oğul, at üzərindən götür məni, yatağa sal! dedi.Aslan balası yenə aslandır. Atasını atın üstündən qamarlayıb tutdu,yatağına gətirdi; cübbəsini üzərinə atdı. Qapını örtdü.Bu yandan igid bəylər gördülər ki, ov pozulmuşdur; hər biri özevinə gəldi.Bəkil beş gün öz divanına çıxmadı. Ayağının sındığını kimsəyədemədi. Bir gecə döşək üstündə bərk-bərk inlədi, ah-vay etdi. Arvadıdedi: “İgid bəyim, sürü ilə düşmən gəlsəydi qorxmazdın. Atına iti oxdəysəydi, əyilməzdin. Adam öz qucağında yatan arvadına da sirrinideməzmi? Sənə nə olub? Bəkil dedi: “Gözəlim, atdan düşdüm, ayağımsındı”.Arvad əlini əlinə vurub qaravaşa xəbər verdi. Qaravaş da çıxıbqapıçıya söylədi. Otuz iki dişdən çıxan söz bütün camaat arasındayayıldı: “Bəkil atdan yıxılıb, ayağı sınıbdır...”Deyilənə görə, kafirin casusu vardı. Bu xəbəri eşidib getdi, təkurəxəbər verdi. Təkur deyir: “Qalxıb yerinizdən durun, yatan yerdə Bəkilbəyi tutun! Ağ əllərini qollarından bağlayın. Gecikmədən gözəl başınıkəsin. Al qanını yer üzünə tökün. Elini-yurdunu çapıb talayın. Qızgəlininiəsir edin!”.Bəkilin də orada casusu vardı. Bəkilə xəbər göndərdi. Dedi: “Başınızaçarə eyləyin, üstünüzə düşmən gəlir”. Bəkil yuxarı baxdı; “Göyuzaq, yer də bərk!” deyə düşündü. Oğlunu yanına çağırıb soylamış,görək, xanım, nə soylayıb, demişdir:Oğul, oğul, ay oğul!Qaranlıq çökmüş gözümün işığı oğul!Güclü belimin qüvvəsi oğul!Gör axırda nələr oldu,Mənim başıma nələr gəldi.Oğul, qalxaraq yerimdən durub getdim,Boynu sınsın, o gözəl Al ayğırı mindim,Ov ovlayıb quş vurarkən yoruldu,sürüşərək məni yerə vurdu.Sağ oyluğum sındı.Gör, bəlalı başıma nələr gəldi.Uca dağlardan xəbər aşmışdır,Aşqın-daşqın sulardan xəbər keçmişdir.Dəmir Qapı Dərbənddən xəbər getmişdir.Alca atlı Şöklü Məlik bərk pusqu qurmuşdur.Pusduğu vaxtdan uca dağlara duman düşmüşdür.“Yatdığı yerdə Bəkil bəyi tutun!” – demişdir,“Ağ əllərini qollarından bağlayın!” – demişdir.“Qan töküb yerini-yurdunu çapın!” – demişdir.“Ağ üzlü qız-gəlinin əsir tutun!” – demişdir.Oğul, qalxaraq yerindən dur gəl!Qarayallı gözəl Qazlıq atını min!Yalçın qayalı Ala dağı gecəylə aşıb,Ağ alınlı Bayındır xanın divanına get!Ədəb-ərkanla Bayındır xana salam ver!Bəylər bəyi olan Qazanın əlin öp!“Ağ saqqallı atam xəstədir”, söylə,Qazan bəy mütləq mənə yetişsin, söylə!Gəlməsən, yurdumuz talandı, söylə!Qız-gəlinim əsir getdi özgə elə!Bu yerdə oğlan atasına soylamış, görək, xanım, nə soylamış-demişdir:Ata, nə söyləyir, nə danışırsan?Ürəyimi, bağrımı nə dağlayırsan?Qalxaraq öz yerimdən çox durmuşam,Qarayallı Qazlıq atıma çox minmişəm.Arqubeli, Ala dağı ov xətrinə aşmamışam.Ağ alınlı Bayındırın divanına getməmişəm.Qazan kimdir? Mən onun əlini öpməmişəm.Altındakı Al ayğırını mənə ver,Elə çapım, bassın onu qoy qan-tər!Əynindəki dəmir donunu mənə ver,Qolçaq, yaxa tikdirim mən səninçin!Böyük, iti polad qılıncı mənə ver,Bircə anda başlar kəsim səninçin!Qarğı budağından olan süngünü ver mənə,Sancım onu mən səninçin düşmən köksünə!Ağ lələkli iti oxunu ver mənə,Atıb sancım istədiyin düşmənə!Ala gözlü üç yüz igid qoş mənə,Bu döyüşü həsr eləyim Məhəmmədin dininə!Bəkil deyir: “Ölüm ağzın üçün, oğul! Bəlkə də mənim keçmişgünlərimi xatırlatmayacaqsan...Aya, geyimimi gətirin, oğlum geysin!Al ayğırımı gətirin, oğlum minsin! El vahiməyə düşməmiş oğlum gedibdöyüş meydanına girsin!”.Oğlanı geyindirib-kecindirdilər. Gəlib ata-anası ilə görüşdü. Əlləriniöpdü. Üç yüz igidi yanına salıb, döyüş meydanına getdi.Al ayğır düşmən qoxusu hiss edəndə ayağını yerə döyərdi, tozugöyə çıxardı.Kafirlər dedi: “Bu at Bəkilindir, biz qaçırıq”. Təkur dedi: “Ədə,yaxşı baxın. Bu gələn Bəkilsə, sizdən əvvəl mən qaçıram”.Gözətçi gözlədi. Gördü ki, at Bəkilindir, ancaq Bəkil üzərində deyil.Atın belindəki quş kimi bir oğlandır. Gəlib təkura xəbər verdi. Deyir:“At, yaraq və işıqlı zireh Bəkilindir, Bəkil içində deyil!”. Təkurdeyir: “Yüz adam seçin, gurultu qoparıb hay-küy salın, oğlanı qorxudun.Oğlan quş ürəkli olar, meydanı qoyub qaçacaq”.Yüz kafir seçilib oğlanın üzərinə gəldi. Kafir oğlana soylamış, görək,xanım, nə soylamışdır:Oğlan, oğlan, ay oğlan,haramzada oğlan!Altında Al ayğırı arıq oğlan.Böyük, iti polad qılıncı gödək oğlan!Əlindəki süngüsü sınıq oğlan!Dəstəyi ağ tozlu yayı nazik oğlan!Biləyində doxsan oxu seyrək oğlan!Yanındakı yoldaşları çılpaq oğlan!Qaranlıq çökmüş gözləri çökük oğlan!Şöklü Məlik səni möhkəm pusmuş,Meydandakı o oğlanı tutun, demiş,Əllərini-qollarını bağlayın, demiş,Bircə anda gözəl başın kəsin, demiş.Al qanını üzünə axıdın, demiş...Ağ saqqallı atan varsa, ağlatma!Ağ birçəkli anan varsa, inlətmə!Yalqız igid alp olmaz,Yovşan dibi bərk olmaz.Əcəli çatmış əbləh oğlu əbləh,Qayıdıb, dön burdan geri!Oğlan da burada soylamış, görək, nə soylayıb, demişdir:Ey itim kafir, hərzə-hərzə danışma!Altımda Al ayğırımı nə bəyənmirsən?səni görüb oynayır.Əynimdəki dəmir donum çiynimi qısır.Böyük iti polad qılıncım qınını doğrayır.Qarğı budağından süngümü nə bəyənmirsən?Köksünü dələrək göyə fırladar.Dəstəyi ağ tozlu bərk yayım zar-zar inləyir,Oxlarım öz qabının kişini dəlir.Yanımda igidlərim döyüş istəyir.İgid adama hədə-qorxu gəlmək eyibdir.Ay kafir, bəri gəl, döyüşək!Kafir deyir: “Oğuzun arsızı türkmanın dəlisinə bənzəyir, buna baxa!...” Təkur deyir: “Gedin soruşun, oğlan Bəkilin nəyidir?”. Kafir gəliboğlana soylamış, görək, necə soylamışdır:Bilirik ki, altındakı Al ayğır Bəkilindir,Bəkil hanı?Böyük, iti polad qılıncın Bəkilindir,Bəkil hanı?Əynindəki dəmir donun Bəkilindir,Bəkil hanı?Yanındakı igidlərin Bəkilindir,Bəkil hanı?Əgər Bəkil burdadırsa,gecəyədək biz vuruşaq,Dəstəyi ağ tozlu olanbərk yaylar dartışdıraq.Ağ lələkli kəskin, itioxlarla biz atışaq.Sən Bəkilin, de, nəyisən,tez ol, söylə bizə, oğlan!Bəkilin oğlu burada soylamış, görək, xanım, nə soylamış, demişdir:“Ay kafir, sən məni tanımırsanmı? Ağ alınlı Bayındır xanın bəylərbəyisi Salur Qazan, onun qardaşı Qaragünə çaparaq yetişdi. DönəbilməzTülək Vuran, Dözən oğlu Alp Rüstəm, Boz atlı Beyrək bəyBəkilin evində yeyib-içirdilər; casus səndən xəbər gətirdi. AltındakıAl ayğıra Bəkil məni mindirdi. Böyük iti polad qılıncını qüvvət üçünverdi: qarğı budağından olan süngüsünü qeyrət üçün verdi; üç yüzigidini mənə yoldaş kimi qoşdu. Mən Bəkilin oğluyam, ay kafir! Bərigəl, döyüşək!”.Kafir təkur deyir: “Hələ bir döz, əbləh oğlu, mən sənə gəlimçatım!” Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinə sürdü. Oğlanqalxanını gürzün qabağına tutdu. Kafir yuxarıdan aşağıya doğru oğlanıbərk vurdu: qalxanını ovdu, dəbilqəsini əzdi, üz-gözünü sıyırdı, ancaqoğlanı məğlub edə bilmədi. Gürzlə döyüşdülər, iti polad qılıncla vuruşdular,atıla-atıla meydanda qılınclaşdılar; çiyinləri doğrandı, qılınclarıovulub töküldü, bir-birinə üstün gələ bilmədilər. Qarğı budağındanolan süngülərlə çarpışdılar, meydanda buynuzlarını bir-birinəsancmaq istəyən buğalar kimi döş-döşə gəldilər; süngüləri sındı, birbirinitəslim edə bilmədilər. At üzərindən bir-birilə qapışıb-dartışdılar.Kafirin gücü çox idi, oğlan əldən düşdü. Allah taalaya yalvarıbsoylamış, görək, necə soylamışdır:Ucalardan ucasan, uca Tanrı!Kimsə bilməz necəsən, gözəl Tanrı!Sən Adəmə tac verdin,Şeytana lənət etdin.Bir günahdan ötrü qapından qovdun.İbrahimi tutdurdun.Xam genə bürüdün.Götürüb oda atdırdın.Odu gülşənə döndərdinBirliyinə sığındım, əziz Allah,mənə kömək et!Kafir dedi: “Oğlan, məğlub olanda Allahınamı yalvarırsan? Səninbir allahın varsa, mənim yetmiş iki bütxanəm var!” Oğlan deyir: “Eylənətə gəlmiş azğın, sən bütlərinə yalvarırsan, mən varlıqları yoxdanvar edən Allahıma sığınıram”.Allah taala Cəbrayıla əmr etdi ki:”Ey Cəbrayıl, get, o quluma qırxkişi qüvvəsi verdim”.Oğlan kafiri götürüb yerə vurdu. Burnundan qanı düdük kimi şoruldadı.İmran sıçrayıb kafirin boğazını şahin kimi ələ keçirdi.Kafir deyir: “İgid, aman ver, sizin dininiz hansıdır? Qəbul edirəm”.Barmaq qaldırıb şəhadətini söylədi, müsəlman oldu. Qalan kafirlərbunu bildilər, meydanı qoyub qaçdılar.İmranın yoldaşları kafirin yurd-yuvasını dağıtdılar, qızını-gəlininiəsir etdilər.Oğlan öz atasına muştuluqçu göndərdi ki, döyüşdə qalib çıxdım.Ağ saqqallı atası onu qarşılayıb, boynunu qucaqladı.Dönüb evlərinəgəldilər. Atası uca dağda oğlan üçün yaylaq ayırdı. İti gedən Qaracıqatlar üçün tövlə ayırdı. Ağ üzlü oğluna şülənlik üçün ağca qoyunlarayırdı. Ala gözlü oğluna al örtüklü gəlin aldı.Ağ alınlı Bayındır xanüçün pay ayırdı; oğlunu götürüb, onun divanına getdi. Əlini öpdü.Padşah Qazan oğlu Uruzun sağ yanında ona yer göstərdi. Gözəlnaxışlı cübbə-çuxa geyindirdi.Dədəm Qorqud gəlib şadlıq havası çaldı. Bu oğuznaməni düzdüqoşdu.“Bəkil oğlu İmranın olsun!” – dedi. İgidlərin başına nə gəldiyinisöylədi. Xeyir-dua verək, xanım!Yerli uca dağların yıxılmasın!Kölgəlik iri ağacın kəsilməsin!Allah verən ümidin üzülməsin!Günahınızı adı gözəl Məhəmmədəbağışlasın Allah, xanım, hey!

Basatın təpəgözü öldürdüyü boy

© 2023 by Art School. Proudly created with Wix.com

  • c-facebook
bottom of page